Mən insanları tanıyıram qəribə tərzlərindən Görünüşlərindən Tanıyıram sağlam olanlarından Xəstə və ölmüşlərindən Mən insanları tanıyıram yalanlarından Yaxud düzlərindən Yaşıl, qara, qonur, ala, göy, mavi gözlərindən Mən insanları tanıyıram müqavilələrdən Müharibələrdən Müdafiələrdən, mühakimələrdən Mühafizələrdən, mübarizələrdən Mən insanları tanıyıram Uzun əlin əl atmaq vərdişi olsun gərək Bilirsən, kişinin düşməni də Elə özü kimi kişi olsun gərək! Mən insanları tanıyıram Bilinmir dünyanın sonudur, ya əvvəlidir Çörək və qırıntı qara bazar Qidamız "Mendeleyev" cədvəlidir Mən insanları tanıyıram Haqsız olurlar hərdən, tanıyıram Ölən əsgərlərdən, yanan binalardan Partlayan mədənlərdən Mən insanları tanıyıram Çoxları kimi qazanmır Okaber TAOW TAOW MGT, Legion13 sektor11, WolvesBaku Mən insanları tanıyıram Sevgi nədir, özün təxmin et hərdən Ayırır dəli kimi sevən Zaurları xəyanətkar Təhminələrdən Mən insanları tanıyıram Çəkilib yollarımıza qan çəpəri 13-cü imam deyiləm, lakin səsimi eşidən arxamca gəlir Mən insanları tanıyıram Çoxunuz yaşamadan həyatdan vaxt alırsınız Soyuq mərmərli parklarda isti münasibətlər axtarırsınız Mən insanları tanıyıram Görmüşəm hər bir tipin içini, çölünü Mən görmüşəm xarabadan qeydləri Qan çanağındakı qan gölünü Mən insanları tanıyıram "Düşmənin başını bir dəfəlik əz!" demişik! Biz demişik! "Bir kərə yüksələn bayraq bir daha enməz!" demişik! Mən insanları tanıyıram Bu ölkənin ən kəsici ülgücüyəm Sənə nə var faşistəm, millətçi, bozqurd Turançı ya da ülkücüyəm!? Mən insanları tanıyıram Cismini öldürmüşəm, bu dəfə ruhun gəlsin! Bütün qitələri batırmağa gəlmişəm Çünki məndədir Nuhun gəmisi! Qələmim qana batıb mənim Qələmim qana batıb mənim Qələmim qana batıb mənim Qələmim qana batıb mənim Qələmim qana batıb mənim Qələmim qana batıb mənim Qələmim qana batıb mənim Qələmim qana batıb mənim