Buranın havası mənfilərdə, barmaq tətikdədir Düşməni gəbərtdikcə, çürümüş ət iyi gəlir Nə ümidlərim vardı, hədəfə qoyub güllələyirəm Boğazına bıçaq dirəyirəm, söyürəm, şillələyirəm Sanki nədən yorğunluq, bəlkə bədən yorğun Əsl hakimin gələcəyi məhkəmədən qorxun Aciz olan insanlar, bir də cümlələrdir Ətraf mafiya, çirkab, çirkin zümrələrdir Məclisdə "Xaç Atası", hər kəs ayağa qalxsın! Eşidirsiz?! Deyirəm ki, mərkəz ayağa qalxsın! Yerinə oturub danışma heçnə bacarmadan Azadlıqdan, həbsdən və bir də kazarmadan Səsiniz gəlir Biz haqqın yolçuları Biz susmayan Karabin! Tülkü, çaqqal ovçuları Kimin ki, borcu qalıb torpağımızı qorumağa Biz əlindən tutarıq, qoymarıq yorulmağa Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu mahnının Dinlədiyin ucuz sətirlər deyil! Bahalıdır bu! Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu kinonun İzlədiyin ucuz filmlər deyil! Bahalıdır bu! Ömrü deyə bilmərəm, ölümün baharıdır bu Sanki şeytanın bizə hazırladığı naharıdır bu Və halını soruşsan bu mahnının Dinlədiyin ucuz mahnı deyil! Nə bilim ala!?