Kishore Kumar Hits

H.O.S.T - Neçə şarkı sözleri

Sanatçı: H.O.S.T

albüm: Proloq


Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu sevincli səhifə
Amma mən yenə yenə yenə tənha
Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu sevincli səhifə
Amma mən yenə yenə yenə tənha
Neçə günəş gərəkdir ürəyimi isitmək üçün?
Neçə dəniz yuya bilər yaddaşımı və günahlarımı?
Neçə külək gərəkdir göz yaşlarını qurutmaq üçün?
Neçə mələk gərəkdir sənin gözəlliyini unutmaq üçün?
Neçə sınıq saat gərəkdir bu zamanı saxlamaq üçün?
Neçə bəyaz yastıq hönkürüb ürəkdən ağlamaq üçün?
Neçə qanad gərəkdir çırpınım, uçum ulduzlara?
Neçə qıfıl gərəkdir ürəyi bir dəfəlik bağlamaq üçün?
Neçə yağış gərəkdir qurumuş hər ağac çiçəklə dolsun?
Neçə bulud gərəkdir qar dizə kimi gecəylə dolsun?
Neçə məzar gərəkdir dolsun içinə bütün ümidlər?
Meyidlər rahat yatsın, deyin, neçə döşək gərəkdir?
Neçə vərəq gərəkdir, neçə qələm gərəkdir
Kağıza mürəkkəb, həyat çox mürəkkəb
Çətindir düzəltmək
Yaranı sağaltmaq, kədəri azaltmaq, əzabı qısaltmaq
Dünyanı əksinə fırlatmaq üçün neçə külək gərəkdir?
Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu sevincli səhifə
Amma mən yenə yenə yenə tənha
Neçə əsgər lazımdır səngərlərimiz boş qalmasın deyə?
Neçə xəritə lazımdır bizə, millət yolunu azmasın deyə?
Neçə kapsula və dərman ki
Yaralarımızı keyitsin bir neçə müddətlik?
Neçə fərman ki təbəssüm çöksün
Üzünə xalqımın bəlkə bir həftəlik?
Neçə demokratik uçuş gətirən təyyarələr neft dalıyca
Neçə zolaqlı bayraq xilas edəcək bizi
Görəsən, ən dar anda?
Neçə kilsə və məsciddən
Qorx, qaç, deyəcək dünya hələ bizlərə?
Neçə propoqanda basılar beyinlərə
Hollivud dönəcək siyasətə?
Neçə irqdən insanlar qıracaq
Bir-birini ancaq dəri rənginə görə?
Neçə cüt göz basdıracaq
Ümidlərini oğlu-qızıyla bir qəbirə?
Neçə vəhşiliyin şahidi insanlar
Dönəcəklər manyaklara?
Neçə nüvə silahının nüvələrinin sayı qədər ac
İnsan batacaq səhrasında?
Neçə fitnə, neçə soyqırım?
Neçə ton qan? Neçə min edam?
Neçə işğal?
De, susum ya qışqırım istehza qoxan alqışlara?
Neçə zindan namus qoruyanına
Ömürlük həbs elektrik stulları?
Neçə sərhəd ayırası məni məndən
H.O.S.T!, nəqarəti qaytarın!
Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu sevincli səhifə
Amma mən yenə yenə yenə tənha
Neçə xəyanət gərəkdir
Əsl sevginin qədrini bilmək üçün?
Neçə xəstəlik gərəkdir sağlamlığımı düşünmək üçün?
Neçə kədər gərəkdir
Bir uşaq gülüşündən xoşbəxt olum?
Neçə düşmən gərəkdir
Dostlarımın qədrini bilmək üçün?
Neçə yad eldə olmalıyam ki
Vətənimə qayıdanda sevinim?
Neçə kasıb, fəqir, yoxsul görməliyəm ki, sadə geyinim?
Neçə gözü yaşlı yetim
Danışmalıdır mənə çətin həyatdan ki
Qaçıb evə, anamın əllərindən öpüb sevdiyimi deyim?
Neçə günah eləməliyəm ki, tövbəm ürəkdən olsun?
İstəyirəm oğlum olsun, qasırğa
Həm də küləkdən olsun
Neçə il qocalmalıyam ki, cavanlığıma həsrətlə baxım?
Neçə yuxusuz gecə gərəkdir, daş yumşaq döşəkdən olsun?
Neçə dəfə ölümlə qarşılaşmalıyam ki, qayıdım həyata?
Son nəfəs can verəndə qızıldan qiymətli saatlar
Neçə il tənha qalmalıyam ki, yenidən sevə bilim?
Neçə şeytan öldürməliyəm ki, Allahı görə bilim mən?
Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu sevincli səhifə
Amma mən yenə yenə yenə tənha
Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu sevincli səhifə
Amma mən yenə yenə yenə tənha
Bizə isti baxışlarla baxır səhnə
Sağaldıqca yara, unuduldu səhvlər
Hər nağılın bir sonu sevincli səhifə
Amma mən yenə yenə yenə tənha

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar