Kishore Kumar Hits

H.O.S.T - Proza şarkı sözleri

Sanatçı: H.O.S.T

albüm: Proloq


Sənin gözlərində boğuldum
Payız zərif küləklə sığal çəkdi gecəyə
İlk xəzanla doğuldum
Boş parkın hönkürtüsü, yaş asfalt bir az xəstə
Yağış da incə, qəddar, qırıq ürək boş qəfəsdə
Sökülmüş arzuların xarabasında arası kəsilməz gülüşlə
Ağlayırdı kor rəssam şikəst atlar arabasında
Sən də başqa, mən də başqa
Dərd də, qəm də başqa
Yaddaşım sanki bir şeir kimi cızıldı daşda
Küçələrin qaranlığında, çox sağol ki bir mələk kimiydin
Saçların ipək kimiydi, sözlərin külək kimiydi
Çox sağol!
Qəlbimin düzənliyində bir bulaq kimiydin
Amma çox isti, çox duzlu çox
Tozlu manikenlər vitrində göz yaşıyla
Ölülər qucaqlaşır yuxularında baş daşıyla
Doxsan illik keçmişimlə iyirmi yaşda neyləyim?!
Əllərim bağlı, qarğalar ciyərimi çeynəyir
Heç nə demə, danışma!
Bəsdir! Heç nə soruşma!
Kim günahkar?
Sən günahkar!
Mən günahkar!
Gecə günahkar!
Gün günahkar!
Dərslər günahkar!
Payız, şeir, dəftər günahkar!
Bəlkə də oxuduğum kitablarla dolu rəflər günahkar!
İncə-incə kəs damarlarımı, iç qanımı sevgilim!
Artıq sevmirəm, sən də sevmirsən!
Sehirli bir nağıl
Səni unutmaram, məni unutma sən
Gizləmə, göz yaşın qoy axsın!
Onu qurutma sən!
Məktublar və tozlu şəkillər
Yanır əllərimi qızdıran ocaqda
Ümid uzaqda
İçimdə şaxta
Ölmüş sevginin ruhu hərdən gəzir bu qaranlıq otaqda
Sənə nifrət etdim
Həm də sevdim qəzəbsiz
Pəncərəyə yağış damlayır gözəl, səssiz
Kül ocaqda, yastıq qucaqda
Darıxdım, güldüm, ağladım
Gecə səbəbsiz
Məktublar və tozlu şəkillər
Yanır əllərimi qızdıran ocaqda
Ümid uzaqda
İçimdə şaxta
Ölmüş sevginin ruhu hərdən gəzir bu qaranlıq otaqda
Sənə nifrət etdim
Həm də sevdim qəzəbsiz
Pəncərəyə yağış damlayır gözəl, səssiz
Kül ocaqda, yastıq qucaqda
Darıxdım, güldüm, ağladım
Gecə səbəbsiz
Küləklərlə dərdləşirdi qatarın tüstüsü
Uzaqda baharın istisi
Çox soyuq!
Yanaqlarımda buz bağladı donub qalan o göz yaşı
Yadına sal: Arzularda
Ölmək eyni gündə, ikimizə bir baş daşı!
Və eyni gündə öldük
Sən mənim üçün, mən sənin üçün
Özgə olduq: sən mənim üçün, mən sənin üçün
Bəlkə xəstəlik səbəb? Bəlkə mələklər paxıl?
Amma mənə demişdilər ki, sevgi qəlbə çiçəklər taxır
Evlənək demişdin
Uşaqlıq necə gözəl və nə qədər sadəlövh!
Qaçaq demişdik, qanadlarımızı açıb uçaq demişdik
Hər şey demişdik, gizlədiyimizi gözlər demişdi
Dumanlar gizlədəndə yerimizi izlər demişdi
Restoranlar, rəqsimiz
Sevgililər günü... Ümidlər yanır günəş kimi
Ümidlər sönür, ay işığı nur gözlərimdə leysanlar dolur
Sən öləndə ilk dəfə inandım insanlar ölür
Nə şəkillər əvəz edər səni, nə qəmli şeirlər!
Hər işi pis olanlar mənə hər şey düzələr deyirlər
Düzəlmir!
Sən qara paltarlar geyərdin
Qəmli baxışlarına vurulmuşdum, az gülərdin
Sevərdim dənizlər limanları sevən kimi
Sеvərdim qulaqlar yalanları sevən kimi
Öldürmək istəmişdim özümü sən ölən kimi
Əsrlər keçsə də, yadımdasan dünən kimi
Məktublar və tozlu şəkillər
Yanır əllərimi qızdıran ocaqda
Ümid uzaqda
İçimdə şaxta
Ölmüş sevginin ruhu hərdən gəzir bu qaranlıq otaqda
Sənə nifrət еtdim
Həm də sevdim qəzəbsiz
Pəncərəyə yağış damlayır gözəl, səssiz
Kül ocaqda, yastıq qucaqda
Darıxdım, güldüm, ağladım
Gecə səbəbsiz
Məktublar və tozlu şəkillər
Yanır əllərimi qızdıran ocaqda
Ümid uzaqda
İçimdə şaxta
Ölmüş sevginin ruhu hərdən gəzir bu qaranlıq otaqda
Sənə nifrət etdim
Həm də sevdim qəzəbsiz
Pəncərəyə yağış damlayır gözəl, səssiz
Kül ocaqda, yastıq qucaqda
Darıxdım, güldüm, ağladım
Gecə səbəbsiz

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar