Kishore Kumar Hits

H.O.S.T - Mənim Qaranlığım şarkı sözleri

Sanatçı: H.O.S.T

albüm: Proloq


Həyatım əllərimdə əriyən şam kimi
Qaranlıq aləmimdə
Son ümidin yasında, göz yaşımda qəmli xatirə
Əzablarımla qəlbimin pıçıltısı kəsildi
Səbrimin sonu uzaq, bu daş-kəsəkli yolda qatiləm
(Ölən getdi) Qərar - uzaq səfər, belimdə illərin yükü
Səbəbsiz ağlamaqların da yastığımda nəmli izləri
Qaranlığımda şər, qıfıl, qapı, tikan, çəpər
Köməksiz əllərimlə sarımaq istədim bu qanlı dizləri
Ürək ölüb və bilmək istəmir
Bu yolumun önünü tuta bilənlərin də sözünü dinləməz
Bu gün külək bitər
Günəş itər, buludlu göydə yelkənim küləksiz
Ürəksiz tikilsin heykəlim və gözlərim bəbəksiz
Qapını bağlayın, heç kəs gəlməsin
Bu gün özüm özümlə qalmaq istərəm, ölmək istərəm
Ölümü gözlərəm ağ çiçəklə, əllərimdə qara qəzəllərimlə
Sətri izlərəm, dünya çox gözəl və çox yalançı
Nəğmələr oxundu, şeirlər yazıldı
Hər birində körpə qəlbimin əlində can verən göyərçin
Hələ də uçmaq arzusuyla çırpınan qanadların səsində
Anladım sevgilər nağıl, nağıllar yalan
Arzular talam, bu şəhər yad mənə tamam
Gecə sonsuz, durub zaman, yaram sağalmır, axır qan
Geri zülmət, irəli duman, yenə nifrət, kədər, güman
Halım yaman, kömək aman, damarlarımda qara qan
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdur qəbrim
Ümidlərim "Kim tez ölə bilər?" yarışmasında
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdur qəbrim
Gözlərimdən yaş gəldi, qaranlığıma xoş gəldin
Uşaqlığımla görüşsəydim, ağlayıb qaçardı
Qorxub üzünə baxmadan
Bu qəribə adamın anasına çatardı
Ürək atardı, gecə yatardı qollarında zülmətin
Sadəlövh arzular bahalı zamanı heçə satardı
Şaxtalar dəyişdi, üzümün yarası, kədəri, qırışı artdı
Söyüşü artdı dilimin, illər ötdü, ürəyim indi sərtdir
Mələyi tutmaq istədim əlimlə, parıltıdan göz qamaşdı
Qürurum və vicdanım hisslərimlə çox dalaşdı
Çox dirəşdi tələdə, səhərə kimi bu dərədə
Arada-sırada
Qələbə, çataram hədəfə, yarama səpələ duzunu, düzünü
Yuxunu, gözümün irağı edərəm
Üzünü taparam izini gedərəm
Səsinə çataram, əlini tutaram harada olsa
Qalada, dərədə, təpədə
Xoşbəxtlik göy qurşağı kimi gözəl və əlçatmazdır
Dəli şair gözü yaşlı, tənha gecələr yatmazdı
Səhra yolumun əvvəlində, cəllad, silah əllərində
Qarabasma, yenə tərlədim mən dəftər dolu qəzəllərimlə
Səssiz ol, yenə də həyat tamaşası bitdi
Bu gecə də qəmli sonlu
Sevgi donu geyinən hər kədəri də
İlk baxışda tanımışdım onu
Bu tikanlı yolu Qara Dərviş bəzədi saray kimi
Nəfəsində şaxta dondu
Qara qarğa qonub evimin bacasına
Cavanını, qocasını söy, mikrofon
(Bu nə iydir?)
İllər köçər, kitab rəfimdə oxunmamış neçə nağıl
Uşaqlığımın üzünə tüpürüb, dəqiqələr də çox paxıl
İnanmıram ki, bir dəqiqə versin altmış bir saniyə
O əlavə bir saniyədə bir söz qışqırım "Tövbə..."
(Tövbə...)
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdur qəbrim
Ümidlərim "Kim tez ölə bilər?" yarışmasında
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdur qəbrim
Gözlərimdən yaş gəldi, qaranlığıma xoş gəldin
Və artıq görmürəm yuxularımda cənnəti
Bu qəlbimin sonuncu harayı
Hansı cəhənnəmdə, bilmirəm
Yanır, əzab çəkir, ruhum ağlayır, bədən qəfəsdir
Yoruldu, tab gətirmir, acı, kədərli illərə
Artıq görmürəm yuxularımda cənnəti
Bu qəlbimin sonuncu harayı
Hansı cəhənnəmdə, bilmirəm
Yanır, əzab çəkir, ruhum ağlayır, bədən qəfəsdir
Dözmək olmur, artıq bəsdir
Buraxın, uçum göylərə
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdur qəbrim
Ümidlərim "Kim tez ölə bilər?" yarışmasında
Qırıldı qəlbim, kədərli dərdim
Üfüqdə şəfəqlər qaranlığa qarışmasında
Tükəndi səbrim, soyuqdur qəbrim
Gözlərimdən yaş gəldi, qaranlığıma xoş gəldin
(Gözlərimdən yaş gəldi, qaranlığıma xoş gəldin)

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar