Kishore Kumar Hits

H.O.S.T - Həyatım Əllərimdə şarkı sözleri

Sanatçı: H.O.S.T

albüm: Proloq


Hər ömürdə bir kitab var
Hər kitabda bir əsər var
Hər əsərdə bir nağıl
Hər nağılda bir kədər var
Hər kədərdə bir xeyir var
Hər xeyirdə bir ziyan
Hər ziyanda bir zülmət
Hər zülmətdə bir səhər var
Hər səhərdə bir ümid var
Hər ümiddə bir inam var
Hər inamda bir şübhə
Hər şübhədə bir yalan var
Hər yalanda bir həqiqət
Həqiqətdə bir ədalət
Ədalətdə min cinayət
Cinayətdə pis zaman var
Hər zaman doludur dərslə
Dərs sonunda imtahandır
Hər imtahan bir döyüş
Hər döyüş bir intiqamdır
İntiqamlar namus üstə
Namus indi kağız üstə
Hər kağızda bir sətir
Hər sətirdə bir ümman var
Hər ümmanda göz yaşı var
Göz yaşı doludur qəmlə
Qəm gətirən sevgilərdir
Sevgilərdə xəyanət var
Hər xəyanət ürəyə bağlı
Ürək arzu, diləyə bağlı
Diləyi gətirən bir qərar
Qərarlarda cəsarət var
Hər cəsarət qəhrəmanlıq
Qəhrəmanlar olur tarix
Hər tarix yazılı qanla
Hər qanda bir üsyan var
Hər üsyan etirazdır
Etiraz bu gün günahdır
Günahlarla doludur insan
Hər insanda bir şeytan var
Hər günümdə döyüşdüm kölgələrlə
Diz çöküb yalvardım Allaha
Dualar etdim "Qurtar məni günahın əllərindən"
Səs gəldi – "Həyatın sənin öz əllərində"
Hər günümdə döyüşdüm kölgələrlə
Diz çöküb yalvardım Allaha
Dualar etdim "Qurtar məni həyatın əllərindən"
Cavab verdi – "Hər şey sənin öz əllərində"
Bir şəhər var, küçələr hamısı Kabus adlı
Hər ad orda qanla bağlı, hər qanın bir uzun yaddaşı
Hər yaddaşı yazıya həkk, hər yazısı saxtakarlıq
Hər saxtakar məmur, hər məmur imarət saraylı
Hər sarayın açarları, açar deşiklərində qorxu
Hər qorxusunun bir kabusu, kabuslar qarabasmaları
Hər qaranın içində dünya, dünyaların kainatı
Və adı H.O.S.T, solu da, sağı da cənnət içrə alma bağı
İçdə əcinnə, üzdə fağır, xalqı ağlar ona ağı
Tükü yükündən ağır, sözü hökmdən ağır
Lirika tələbi, çağının gülüşü, sevgi sanki haramı ağlı
Mənmi, haqlı, haqmı, mən?!
Üzümə dünya qapısı bağlı
Köməyi duasına Tanrı auditoriyam olsa sağır
Partla bağrım, içdə ağrım, bitdi nağılı, budurmu axrım?
Varisim buraxdı taxtı, axdı, getdi zamana çatdı
Əllərim qocaldı, üzümə bulanıq baxışlar buraxdı
Mən inanmıram, səhər nə vaxtsa açılar
Mən inanmıram, əriyər buzlar ürəkdə
Mən inanmıram, bitər içimdə gecələr
Mən inanmıram, sağalar qanadlar kürəkdə
Mən inanmıram, kədərlə başlanan sevinclə bitə bilər
İnanmıram, haram və oğurluqlar gözdən itə bilər
İnanmıram, yata bilərmi millət bu qədər səsküydə?
Mən inanmıram, deməli başının üstdə layla çalan var
İnanmıram, gözümlə görməsəm mən heç kəsə
İnanmıram, işlədilməmiş qılınc boyun kəsər
İnanmıram, tarixin yalan şərəfli səyfələrinə
Mən inanmıram, şəhidlər yad olur sükut dəqiqələrinə
Hər günümdə döyüşdüm kölgələrlə
Diz çöküb yalvardım Allaha
Dualar etdim "Qurtar məni günahın əllərindən"
Səs gəldi – "Həyatın öz əllərində"
Hər günümdə döyüşdüm kölgələrlə
Diz çöküb yalvardım Allaha
Dualar etdim "Qurtar məni həyatın əllərindən"
Cavab verdi – "Hər şey sənin öz əllərində"
Mən gülərdim, əlimə qələm sahib olsa
Ağlayardım vərəqlərim sözlə dolsa
Gülərdimmi sözlərim fikirdə qalsa, yoxsa, ağlayardım?
Bağlayardım qıfıla beynimi və qəlbimi
Əllərim soruşsa, yeni fikirlərin gəldimi?
Dərdimi bölərdim boğaza keçən kəndir ilə
Sonra çənəm qurtarardı kəndirdən tədbir ilə
Nağıl kimi bitərdi, buna gülərdim
Ağlayardım sonda üç alma olmasaydı
Mən gülərdim hər xəzanda gül solmasaydı
Ağlayardım öləndə ürək durmasaydı
Vurmasaydı indi tappa-tuppa-tappa
Gülərdim, eşidilməsəm, ağlayardım
Eşidilməsəm gülərdim, ağlaya bilməsəm
Ağlayardım, ağlayanda gülməsəm
Hər günümdə döyüşdüm kölgələrlə
Diz çöküb yalvardım Allaha
Dualar etdim "Qurtar məni günahın əllərindən"
Səs gəldi – "Həyatın öz əllərində"

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar