Kishore Kumar Hits

H.O.S.T - Bezmişəm şarkı sözleri

Sanatçı: H.O.S.T

albüm: Qarada Qırmızı


Yenə qaldım tək unudulmuş, yaralanmış, ah
Köhnə şəkillər yerə səpələnmiş, qaralanmış, yar
Kipriklərin iti qılıncdan, barmaqların caynaq kimi
Gözlərindən çıxan alovlar məni yandırdı yarpaq kimi
Payıza döndərib, günəşimi söndürüb
Sən dənizi içmisən, ürəyimdən uçmusan
Mən dalınca qaçmışam, mən hər şeydən keçmişəm
Gələcəyim, keçmişim, səndən
Bezmişəm küləkdən
Bezmişəm günəşdən
Bezmişəm yağışdan
Bezmişəm sevgidən
Bezmişəm arzudan
Bezmişəm boş ümiddən
Bezmişəm hər şeydən
Bir liman, bir də mən
Yenə qaldım tək dostlarımdan aralanmış, ah
Amma bu da keçər, qəlbim yerdə tapdalanmış yar
Bəbəklərim qara zülmətdən, mən cənnətdə dustaq kimi
Parçalandım bir neçə yerə, mən Hava, Od, Su, Torpaq kimi
Baharı qaytarıb, ulduzları yandırıb, kədərimi güldürüb
Qəfəsimi açmışam, mən ağrılı taleyimi nağıla döndərib
Məhəbbəti öldürüb, səndən
Bezmişəm küləkdən
Bezmişəm günəşdən
Bezmişəm yağışdan
Bezmişəm sevgidən
Bezmişəm arzudan
Bezmişəm boş ümiddən
Bezmişəm hər şeydən
Bir liman, bir də mən
Bir bulud günəşdən ilham alır, ulduzlarım arxam olur
Mələklərim diləklərimə bağlı əməli qələmə alır
Söz ümidi məndən alır, çarə yenə də səndə qalır
Bəlkə bəzən yarım qalan yollar məndən bezib gedib
Tənha qalır körpülər də, danışmayan körpələr də
Baxışlarla bildirəndə, qəzəbə son, göyərçinimə "Qon!"
Əmri mən verəndə nə biləydim, ünvan sənin qəlbin olacaq
Həsrət indi mənim, acıq vermək növbəsi indi sənin olacaq
Bil, mən artıq bezmişəm
Təkcə səndən deyil, elə özümdən də bezmişəm
Mən bezmişəm, mən bezmişəm
Mən bezmişəm, mən bezmişəm
Mən bеzmişəm, mən bezmişəm
Mən bezmişəm

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar