Kishore Kumar Hits

H.O.S.T - Əlvida şarkı sözleri

Sanatçı: H.O.S.T

albüm: Qarada Qırmızı


Yol, uzun bir yol
Ömrüm davamlı addımlardır
Mənimə hakim kəsilmiş aretmiya
Ritmi pozan yoluma girənlərdir
Yolumdan çıxanlardır
Dünəni unutmaq adət halına çevrilib
Xronika amneziya
Hər addım yeni yol yoldaşıyla müşayiət
Dünən dost olan bu gün artıq mənimlə addımlamır
Dünənim bu günümə etmir siraət
Deməli azadam, qaranquştək
Rahatam, yoxdur dostum
Öz yolumda tərk olunmuş tək
Dünən bir sevgilim var idi, bir az yoruldu
Oturdu, oturdum, ritm pozuldu
Aldım qucağıma, razı olmadı
Dedi burax, get!
Tərk etdim!
O rahat, mən azad
Bir neçə ümid də basdırıldı həmin gün
Amma çox tez unuduldu
Qulağın məndə olsun
Bu dəqiqə sənsən dostum
Zamanı dondur, bacarsan
Qoy hər şey donsun, ümidlər doğrulsun
Günəş sönsün, qaranlıq, boş masa
Üstündə bir şam, əldə məktub
Üçcə kəlmə yazılı
"Gözləmə... Bağışla... Əlvida..."
Əlvida, nazlı ümidlərim, əlvida
Əlvida, mən gedirəm, amma ağlama
Əlvida, yandıraraq körpüləri
Gedirəm, sona çatıb əsərim
Əlvida, nazlı ümidlərim, əlvida
Əlvida, mən gedirəm, amma ağlama
Əlvida, yandıraraq körpüləri
Gedirəm, sona çatıb əsərim
Qaranlıq vağzal, heykəl sərnişinlər
Bu yerdə neçə ürək qırıldı
Neçə sızıltı inlər
Belimdə günahlar
Torbamın içində sınıq qəlbim
Əllərimdə qan
Nəyim var ki?
Məni də məndən aldın
İndi boş hədiyyə qutusu kimidir həyat
Gözləməkdə hər kəs
Öz boş içini bəzəklərlə gizləməkdə
Bezdim dəmir qəfəsdəki qanadlı arzudan
Taleyimlə püşk oynamaqdan
Bezdim ağrıdan
Gedirəm qaranlıq şəhərin xəstə küləklərindən
Gedirəm məni sevənlərin içindən, ürəklərindən
Gedirəm, bu torpaqda bitmədim mən
Bu cəmiyyət anlamadı
Və gedirəm, ilk qatar hara aparsa, fərqi yoxdur
Əlvida, doğma pəncərələr, əlvida
Əlvida, ulduzlu gecələr, əlvida
Gedirəm
Divardakı rəsmlərimi tullayarsınız
Yazdığım şeirləri də kim istəsə paylayarsınız
Güldürərsiniz sevgilimi darıxıb ağlayanda
Yandırarsınız çadırı kimsə yas saxlayanda
Lazım deyil quru hörmət
Mənə doğma faciəm
Əlvida, sonuncu misra, sənlə bitdi qafiyəm!
Əlvida, nazlı ümidlərim, əlvida
Əlvida, mən gedirəm, amma ağlama
Əlvida, yandıraraq körpüləri
Gedirəm, sona çatıb əsərim
Əlvida, nazlı ümidlərim, əlvida
Əlvida, mən gedirəm, amma ağlama
Əlvida, yandıraraq körpüləri
Gedirəm, sona çatıb əsərim

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar