Kishore Kumar Hits

H.O.S.T - Azərbaycan şarkı sözleri

Sanatçı: H.O.S.T

albüm: Qarada Qırmızı


Laylay, Azərbaycanım
Laylay, vətənim, ana torpağım
Laylay, xalqım, yazıq millətim, laylay
Gözünü bağla, sənə şirin yuxular
Laylay, Azərbaycanım
Laylay, vətənim, ana torpağım
Laylay, xalqım, yazıq millətim, laylay
Gözünü bağla, sənə şirin yuxular
Yat, başıbəlalı yuxulu xalqım
Nə qədər işıq salan yoxdur gözünə
Nə qədər güvən yoxdur sözünə
Lap doyunca yat
Yer rahat olsun gərək, döşək verək
Yerinin altı-üstü qızıl
Gözünü dikənin gözünə qıfıl
"Can Vətən!"
Sözünü demiş şəhidlərin məzarında
Yer tapılar qazilərə də
Kəfəni toxuyan dərzilərə də
Amma sinəyə döyən millət
Hər işi sonraya qoyan millət
Səhər yeməyi yatağa gələcək
Qarabağını sevən millət
Sevgi yenə də sözdə deyilir
Rüşvət artıq üzdə verilir
Sabir söyən dövr sanki
Hami yenə də yuxuda deyinir
Hakimiyyət səhvdir - deyilir
Düz qərar çox sərtdir - deyilir
Amma dərdi yayan səbəb
Bu millətə içdən gəlir
Gözünün önünə kabus gəlir
Bu millət cadulanıb
Səhər çörəyə qurd yağını
Axşam şəraba keçi qanını
Qatıb xeyli iştahlanıb
Nə qəribə vəziyyət alınıb?
İlanlar bogaza dolanır
Zəhər saçan quyruğuyla
Hörümçəklər öz torunda
Çox qocalıb, ölmək bilmir
Qış da gəlir, qar da yağır
Şəhid çırağı sönmək bilmir
Hədəfə yaxın millət
Amma heyif, ancaq yuxuda millət
Belə gözəl təmiz niyyət
Olur içdə mütləqiyyət
Qəlb keçirir əlinə sükanı
Bayraq verir əmələ təkanı
Adına ləkəni yaxır millət
Səs salmayın, yatır millət
Laylay, Azərbaycanım
Laylay, vətənim, ana torpağım
Laylay, xalqım, yazıq millətim, laylay
Gözünü bağla, sənə şirin yuxular
Laylay, Azərbaycanım
Laylay, vətənim, ana torpağım
Laylay, xalqım, yazıq millətim, laylay
Gözünü bağla, sənə şirin yuxular
Yat, başı bəlalı xalqım, yenə də yat
Göz bəbəklərin də yuxulu
Varını-yoxunu köpüyə sat
İllərin yalançı tarixində
Səyfələr çürük, ürək dözür
Yaralar laxtalandı, əsirlər üzür
Bozardı kütlənin üzü
Yolu yolsuzların izi
Bizə unutdurub bizi
Çökəndə xalqımın dizi
Yeri tozlar sovurdu
Sordu qanını iyinə gələnlər
Nə gəlir isti sabahlar
Nə bitir soyuq dünənlər
Nə vətən, nə də ki, bayraq arzusunda
Qəlbim istərəm ki, kağızlarda
Qanun əməllərdə olsun, gözlərəm
Mən ümidi içdə gizlərəm
Bu gün qələm, sabah silah
Qarabağdan əvvəl
Gəlin geriyə Bakını qaytaraq
Küçədə adamların üzündən yağır vəhşilik və qəm
Bu nifrət içimizi yandırdı, biz nə dostuq, nə düşmən
Nə kasıblarda var üsyan, nə varlılarda mərhəmət
Nə ölümdən əvvəl sevinc, nə ölümdən sonra cənnət
Yat, başıbəlalı, yuxulu xalqım
Damarlarını kəs və yat
Çətin həyatı şirin yuxuya sat
Əbədi yuxuya get
Qanın sənə haramdır, o da tökülsün
Bir kərə yüksələn bayraq endi min dəfə
Hamı bilsin!
Aç gözünü, vətəndaşım
Azərbaycan yoxdur xəritədə
Balaca nöqtə, əsrlərlə görən yoxdur
Mircəfər Bağırovlardan əvvəl
Səfəvilərdən əvvəl, Atropatdan başlamışdı
Bütün saxta, hiyləgər əməllərin içində
Rütbə davasında Bamsı Beyrəyin də
Kələklərini gizlədi dastanlar
Tökdü qanlar Çaldıranda
Uzaq mövhumat Qurandan
Yaxın Slavyanlar, İrandan xanlıqlar da qan tökəndə
Vergilərçün Ruslar hücuma keçdi
Qanini içdik, ermənilərin əsrlərlə
Biz də haqsız hücumlar etdik
Qırdıq əsirlərlə
Sovetlərdə ən tez girən və ən gec çıxan
Elə bilirsiz 20 Yanvar oldu Sovetləri yıxan?!
Soyuq müharibə, hər şey oldu USA-in əliylə
Biz də elə bilirik bizim üsyan, bizim igidliklə
Laylay, Azərbaycanım
Laylay, vətənim, ana torpağım
Laylay, xalqım, yazıq millətim, laylay
Gözünü bağla, sənə şirin yuxular
Laylay, Azərbaycanım
Laylay, vətənim, ana torpağım
Laylay, xalqım, yazıq millətim, laylay
Gözünü bağla, sənə şirin yuxular

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar