Kishore Kumar Hits

H.O.S.T - Düşüncə şarkı sözleri

Sanatçı: H.O.S.T

albüm: Qarada Qırmızı


Onun hələ də ümidi var ki, anası diriləcək
Hələ də ümidi var ki, hamısı yuxudur, bir gün ayılacaq
Beş yaşında həyat tamam başqa cürdür
Yetim gözlərində həyat başqa cürdür, ailə başqa cürdür
İndi boş otaqda oyuncaqlar oldu özgə
Atanın əllərində anasının şəkilləri
Və həyat yeni oyunla başını qatdı
Uşaq göz yaşıyla oynadıqca
Layla oldu atası qaranlıqda hönkür-hönkür ağladıqca
Sehrli uşaqlıq illəri qaldı
Ananın qucağına həsrətlə keçən günlərin
Uydurma xəyallarına möhtac olmuş mavi gözlərin
İçində söndü arzular, divarda köhnə xalça
Tozlu süfrə boşdur, atası işdə
Yazda soyuq, isti qışda
Və sərxoş qonşuların dava səsi eşidilir eyvanda
Oyuncaq heyvanlar yetim oğlanın yaxın dostu
Doldu isti zəhər atası evə gələndə yenə anayla
Sən heç uşaqların ağlamağın görmüsən?
- Hə, nə olub ki?
Qəribədir, görəsən niyə ağlayırlar ki?
- Onlar axı hələ heç nə görməyiblər

Onun hələ də ümidi var ki
Hər batan günəş geri dönən kimi
Cavanlıqda batmış xəyallar bir gün geri dönər
Üzdə yaranan hər süni gülüş kimi
Həkim qoyan diaqnoz bəlkə bir gün süni gələr
Onun hələ də ümidi var ki
Artan qırışlar qocalığın deyil
Sadəcə ağlın, biliyin əlaməti
Hər edilən xəyanəti yadda saxlamaq
Kinli olmaq kimi görünə bilər, amma necə olur ki?
Gənclik illərində fərqli-fərqli ölkələrə səyahət
İndi fərqli-fərqli xəstəxanalar ilə əvəz olunub
Məşhur olan seriallar məhşur olan dərmanlarla
Sevinc verən əyləncələr əzab verən iynələrlə əvəz olunub
Hər şey başqa cürə də ola bilərdi, amma olmadı
Ola da bilməz, çünki alın yazısı hərədə bir cürdür
Hər şey dəyişdi sevimli oğul evə gələndə
Ondan son hədiyyə, qocalar evinə dəvətnamə
Sən heç qocaların ağlamağın görmüsən?
- Hə, nə olub e?
Qəribədir, görəsən niyə ağlayırlar ki?
- Onlar axı hər şeyi görüblər

Onun hələ də ümidi var ki, gecə keçib sabah olanda
Gül dəstəsi üstündə açıqca, kimsə açıqlar məhəbbətini
Anladar vurulduğunu, o da ona anladar yorulduğunu
İllərin amansız axınlarına qoşulduğunu
Günbəgün təklikdən sıxıldığını anladar
Sevgisiz necə çətindir yaşamaq
Həyat adlı oyunun əzabı keçdiyi ilə
Razılaşmaq haqqında uzun-uzun
Amma yox, bütün bunlara sərf eləmək üçün deyil ucuz
Amma yenə süküt, yenə qəhər, yenə kədər
Yada düşəndə yanında heç kəs yoxdur
Təkcə şikəstlər, düşünür bu dərdlər bitər
Ərinə bir stəkan zəhər

Bəs sən?
Sən heç ağlamısan?

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar