Kishore Kumar Hits

H.O.S.T - Ağlama şarkı sözleri

Sanatçı: H.O.S.T

albüm: Qarada Qırmızı


Ölülərim sevinsin, gəldi tanrınız
Əsrlərlə, qəddarcasına alovlarda yandınız
Yox olmuşam sandınız, amma artıq burdayam
Çox amansız, çox qəddar cəzalar arzusundayam
Gəlmələrin ruhuyam, səmalardan gəlmişəm
Qaranlığıma bağlıyam, mən Maranı sevmişəm
Dirilərdən bezmişəm, onlar üçün kor yuxuyam
Cansızlıqdır dərdiniz, sizlər üçün oxuyuram
Ağlama, yaşla dolar qanı içilmiş qəlbiniz
Söz demə, duyan olar, var özünüzdən sirriniz
Çətindirmi yaşamaq günahsız, sevgisiz?!
Küləklidir həyat yolunuz, gəmilərsə yelkənsiz
Ölülərimin cərgəsinə, namizədsiz hər biriniz
Diliniz yedizdirir yalan yeyən qarğaları
Kəşf etdim daş ürəklərdə boş məzarları
Hiss etdim cənnətdən uzaqlaşan tayfaları
Qayaları parça-parça etməyə qadir insan!
Nə acizsə duyğularda qorxu görüb ağlayanda
Tənhalıqdan qışqıranda əl uzatdım, istəmədin
Sən həyatsan, mən ölüməm, ağlayacan qovuşanda
İnanmadın, "yox ol" dedin, xoşbəxtsənmi bu həyatda?!
Milyonlar üçün əsir oldun, qeyb olmusan sarmaşıqda
Dua etdin, göz istədin, Allah verdi, bəyənmədin
Can istədin, onu da verdi, fitnələrdən bezmədin!
Gündüzlərə göz yumuldu, gecələrdə həsrət qaldı
İşiqa, inama nifrət vardı, qulaqlarda qeybət vardı
Ümid vardı sandı - yandı, qanda xeyli igid vardı
Cənnət əhli darıxırdı, orda tənha şəhid vardı
Bəs nə oldu?
Gözün doldu, bu tək yoldur, yolda koldur
Qaradonlu qarğa qondu, taxta qondu, qanını sordu
Güclü ordu gözünə durdu, mən deyirdim, üzünə durdu
Qəddar tələ izinə qurdu, tab gətirmir artıq sondur!
Barmaqları çürümüş bəstəkarın nəğməsi
Yara basmış dilimdə
Hər gecə onun səsiylə
Ağrılarla oyanır Qara Dərviş içimdə
Ağlıyır heç vaxt ağlamayan susuz çöllərim
Keçmiş, itmiş izlərim
Bağırdım, bağırtım ağrımla bağrımı yandırdı
Yandı hisslərim
Tərkidünyalıq, əzablarla dolu boxça qırışmış əlimdə
İllərlə yaşadığım
Yaşatdığım basdırılmış hisslər bükülmüş belimdə
İzdiham içində getsəm də
Getməsəm də, itsəm də, itməsəm də
Onsuz da yorğun baxışlar
Çevirdi həyat düşüncələrimi başqa səmtə
"Ağlama" dedim, amma ağladı
Qulaq asmadı göz yaşlarım gələcəyimi görən kimi
Bilən kimi ki, həsrət sonu ünvan olub
Kədər bunu gülə-gülə deyən kimi
İtən kimi sevinc möhürləri həyatımdan ayaq açıb
Qaçıb gedən kimi
Kimi sınağa çəkər görən fələk
Aldığım çətin nəfəs bitən kimi?!
Paltarım - əməllərim
O da qara, çirkli, cırıq, sökük!
Sus dərviş! Sakit ol!
Qarğa, Mete, AiD bu gün nə isə sönük
Ümidsiz xəyallarım itkin düşmüş ümidlər yoluma səd çəkər
Ağrı, nəfəs, kömək, ömürlük tənhalıq və qaranlıq gələr

Qanadlarıma sığal çək
Qucaqla belimi, başını sinəmə qoy
Gözünü yum, say ona kimi
Qollarımda gizlən, özünü axtar, özünü tap içimdə
İpək saçların tökülsün üzümə, gözlərin gətirdi gecəni
Sinəmi tut, dərimi cır, ətimi did, qabırğalarımı sındırıb
Tap ürəyimi, əgər varsa, mənə də göstər, əgər yoxsa
Gizlə, yalandan de – "Var! Dərində doyünür hələ də"
Dırnağınla cız üstündə adını, əbədi qalsın orda
Güllər ək!
Sevgimiz qədər gözəl, zəhərli
Tikanlarını qır dişinlə, tüpür ocağa, yansın, itsin
Biz susaq, dodaqlar danışsın, nağıldan-nağıla gəzək
Əl-ələ tozlu səhifələrdə, ən dərin zirvələrdə
Nalə çək, qışqır adımı əbədi karlar ölkəsində
Çılpaq qayaların yasında dalğalar gələndə
Məni də çağır!
Darıxsan, utanma, mən də darıxacam
Göz yaşım islatdı, amma qığılcımla alışacam
Ağlama!
Gəl qarışaq südlə bal kimi!
Odla köz kimi!
Bir az döz mənə!
Bir az sev məni
Bir az inan!
Qısqan bir az içimdə qarğalarıma
Tulla qaydalarını!
Gəl sökək tərbiyə pərdələrini
Parçala, yol əllərinlə saçımı dibindən
Dişlə dodağı, qanını tök yanağıma, iyrənim bir az
Günəşi ört adınla, qaranlıqda tüstü-dumana qarışaq
Zamanı saxla, son nəfəsdə cəhənnəm oduyla alışaq

Diyirlənir yenə qələm ucunda diyircək
Nəfəs də ağır-ağır gedir-gəlir
Quruyub boğaz, yoxdur tüpürcək
Sonuncu tüstümdür – dostum, götür çək!
Yanımda dərviş
Ölüm tanrısı, qarğa - qara lələklə yoluma davamdayam
Sənsə qulaqlarına hakim kəsilmiş
Bu kəsin səsin bir azcıqda aç, yerini rahatla
Fikirlərimə "Azad!" əmri verib qanadlan
Xoşuna gələn mövzulardan geriyə qayıtma
Qon, qal oralarda!
Don demişəm
Bütün çərçivələrə və sərhədlərə son demişəm
Saatlar gücsüz olub, işləmir əqrəblər
Bədən yorulmuş ayaqlar üstündə, amma bitmir tələblər
Əllər isə yorulmur, yazır, bitmir səbəblər
Ölmüş sinirlərlə özünü ayırıb beyindən əsəblər
Başıma qonmuş dövlət quşudur - qarğa
Mən isə dərviş, ölüm tanrısıyla müqaviləm var
Öldürə bilməz trek bitməmiş!
"Replay" bas - uzat ömrümü
Ya da ki, ölsəm, ağlama, vəsiyyətimdir - yas saxlama!
Dumanım bitdi, vidalaşdım, dedim – "gözləmə"
Bundan sonra tək dostam özüm-özümə mən

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar