Kishore Kumar Hits

H.O.S.T - Prelüd şarkı sözleri

Sanatçı: H.O.S.T

albüm: Qarada Qırmızı


Əvvəlcə Allahdan həyat istədim
O mənə qaranlığı verdi
Sonra Allahdan işıq istədim
Həmin gün mən doğuldum
Amma bu işıq çox parlaq oldu və mən qorxdum
Ağlamağa başladım
Allaha yalvardım ki, məni qorusun
Elə həmin dəqiqə
Anam məni qucaqladı və mən sakitləşdim
Sonra Allaha şükür elədim
Onda Allah mənim gözlərimi açdı
Başladım gülməyə, sonra böyüməyə, hər kəs kimi
Və bir gün, bir gün Allahdan xoşbəxtlik istədim
Amma səs gəlmədi
Yenə dua etdim, yenə də xoşbəxtlik gəlmədi
Onda anladım ki
Xoşbəxtliyimi özüm tapmalıyam və başladım axtarmağa
Gücdə, şöhrətdə, qızılda, kitabda, elmdə
Hər yeri gəzdim, dolaşdım
Hər kəsdən soruşdum
Amma hər dəfə insanlar mənə səhv yolu göstərdilər
Və hər dəfə xoşbəxtlik sandığım qapıları
Var gücümlə döyəndə qapıları açan olmadı
Açılanlarda da xoşbəxtlik olmadı
Tapa bilmədim və yorulub başladım qayıtmağa
Yolda qoca, müdrik bir dərvişlə rastlaşdım və dedim
Xoşbəxtlik yoxdur
O isə dedi
Sən onu qıraqda axtarırdın
Amma xoşbəxtlik sənin içindədir
Mən inanmadım
Onda dərviş əlimi götürdü və sinəmə qoydu, dedi
Qulaq as, döyüntünü eşidirsən?
Bu sənin xoşbəxtliyindir, qapını döyür
Elə isə aç qapını
İllər keçər, ağrılar bir gün mənə yuxu kimi gələr
Unudular hər acı, hər kin
Düşmənlər olar uşaqlıq dostu ya da uzaq tanış
Dalaş-barış
Hər nağılın sonu başqa bir nağılın başlanğıcı
Dəyişmir heç nə
Dəyişən bircə divar təqvimimdəki yarpaqlar
Mən sularda tənha dənizçi
Sən toruma düşmüş qızıl balıq
Həyat sınıq-salxaq bir körpü
Çiynimdə çuxam, ayaqlarda çarıq
Gedirəm, neçə qəlbin yurdundan
Qovuldum düşmən kimi
Neçə qəlbə dəvət aldım, getmədim
Yaşadım, gördüm mən insan kimi
Kitab arası qurudulmuş kəpənəklər kimi
Neçə ölü gözəllik məni aldatdı
Elə gün oldu, ölünü də güldürdü
Elə gün oldu, təlxəyi ağlatdı
Əhsən deyib güzgüdə əksimə güc verdim
Mənə ruh verdi ki, yenidən qalxım
Yenidən qalxdım
Ayaqlarımın üstündə özüm durmuşam bu gün də
Mən bitmiş bir payız kimi birinci qarın həsrətində
Küləklərimi şimaldan saldım, buz şəhzadəm qismətimdə
Kaş bir günü qeybətsiz başa vuraq
Kaş bir gecə kabussuz yata bilək
Kaş vurulaq, sevilək
Sevgisi bitəndə biz də sevgini keçmişə ata bilək
Əl verin, mənə dar günə xilaskar ip verin
Məni içimdən alacaq yol verin
Mənə yoldaşı çox olan dost verin
Məni qardaş çağıracaq gün verin
Mənə dünəndən fərqli güc verin, gücsüzləri qoruyum
Söz verin mənə, qəlbinizdəki qorxu bataqlığı
Bir gün quruyacaq
Dən verin ağ göyərçinlərə, pəncərələrinizə dadansınlar
İmkan verin içinizdəki tələlər, qəfəslər parçalansınlar
Azadlıq qarışsın qoy hər nəfəsə, hər ürək alovlansın
Bu gün elə bir şey edin ki bir il də
On il də keçsə də yadda qalsın

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar