Kishore Kumar Hits

BADCLAUSE - Bayatılar şarkı sözleri

Sanatçı: BADCLAUSE

albüm: Mən Piyanam


Yadda saxla bu mətni, şairdən əmanətdir
Yazaram hər cümləyə əzabların rəvayətini
Hər gecə dualarıma zülmətin əşharı gəlir
Sağollaşanda gün batdı - eşq əhlinə qiyamətdir
Könlümü vermişdim mən, bilərək ziyan etdin
Sən mənim səhram idin, qum dənəsi də ziyafətdir
Mənə bir addım atmadın ki, gözləyim ziyarətini
Və pak olan ruhun öldü, xəyallarım ziyarətdir
Dağıldı qəlbim, ya Rəbb, bu ədalətmi?
Nəfəsini çək üstümə, qoy deyim ki, təbabətdir
Canımda bir can var, o da qayət nəzafətli
Səni qoruyan qollarım da dəyanətimə əlamətdir
Etdiyim inabətim tək şərti də ədavətdir
Şeirimə səni yazmaq utanc deyil, ləyaqətdir
Əğyarın ruhu təmiz deyil, qəlbi şərarətdir
Yaraşmır sənə
Bu nə cür rəzalətdir?!
Toydayıq, ziyafətdir
Sən gəlinsən, mən bəy, dedim şükür, nəhayət ki
Yuxu dəyişdi, qızım gəlir ağ libasda - papa, necədir?
Duruxdum, hm, hə, maşallah, qiyamətdir
Oyağam indi, ətrafda cəmahətdir
Özüm ölüm toydur-nədir, bilmirəm, amma ziyafətdir
Başın sağ olsun, Dəniz, arzuların vəfat etdi
Miri, bunu mənə avarə bir aşiq dedi Ətağa cəddi
Dəli, ağ əba geyin, düzlən, fərağətdir
Bu qum çölündə gedən eşq döyüşündə qamətdir
Bakıdasa başqa cürdür, eşq tamam cəhalətdir
Üzr istəyirəm, hə, həqarətdir
Bu qədər xain olmayaq, ol əta içrə xətmi
Ən gözəl eşq Rəbbədir, ölümü belə şəhadətdir
Balaları çəkər əzabı axirətəcən kimdir?
Sal allahu aleyhi və səllam Muhamməddir
Bu dağda mənəm sənsiz, dağı enmərəm sənsiz
Harda eşqin ahu mələsə, bil ki, mənəm sənsiz
Bağa girmərəm sənsiz, gülü dərmərəm sənsiz
Desələr şair ölüb, o şair mənəm sənsiz
Bu dağda mənəm sənsiz, dağı enmərəm sənsiz
Harda eşqin ahu mələsə, bil ki, mənəm sənsiz
Bağa girmərəm sənsiz, gülü dərmərəm sənsiz
Desələr şair ölüb, o şair mənəm sənsiz
Yad evə gəlin oldun, bərəkallah!
Bəşarətdir
Üzündə təbəssüm var, bu səndə nə cürətdir?
Sevinclə başlayan eşqin sonu, bax xüsumətdir
Aman Allah, inana bilmirəm, bu qız ki, müsibətdir!
Bu sevgi qorxaqlıq deyil, inan cəsarətdir
Nəyinə gərək şah sarayları, şeirlər imarətdir
Mübariz, o gözəl yar özgəyəmi qismətdir?
Axı onu öpmək günahdır, qucağlamaq cinayətdir
Yaz, şair, sən yaz, düşünmə kifayətdir
O qədər sevmişəm ki, indi çəkir xəcalətini
Bağışlaram dönsə, var üstümdə vəfa ətri
Mən boyda dahinin bir qıza ölməyi cəhalətdir
Qazandırma bəraətini, bayatım ibadətdir
Bəlkə də zaman sonda göstərəcək məharətini
Onu incitməyin, o xəstəliyimə şəfa gətirir
Ölsəm əgər mənim əvəzimə ver kəlimeyi şəhadətimi
Divanə mənəm, ya incətelli afətmi?
Divanə mənəm və sevirəm öz yarımı, əlbət ki
Göz yum, başqalarına göstər, a kişi, məharətini
Birinci qanunu budur – duyma başqa zənan ətrin
Miri, birin damağına qoy, ötür mənə də siqarətini
Önümdə dur ki, başqası görməsin bu halətimi
Hə, dinlə, afət, sən o vaxtlar didirdin ətimi
İndi də, hə, bu səndə nə adətdir?
Görəsən, salamətmi canan?
Can nərahətdir
Qəbirdə əzab çəkənə demə ki, yerin nə rahətdir
Nərahətdir bu məqam əza fəthi
Amma sən narahat olma, canan, can səlamətdir
Hə, üzün gülsün, gülüşün qiraətdir
Özgəsi ilə 40 ömür boyunduruqdur, qarətdir
Bir ömür səni istədim, nə böyük qəbahət ki?
Düşünmə mən Babəkəm, Yasamal xilafətdir
Bu dağda mənəm sənsiz, dağı enmərəm sənsiz
Harda eşqin ahu mələsə, bil ki, mənəm sənsiz
Bağa girmərəm sənsiz, gülü dərmərəm sənsiz
Desələr şair ölüb, o şair mənəm sənsiz
Bu dağda mənəm sənsiz, dağı enmərəm sənsiz
Harda eşqin ahu mələsə, bil ki, mənəm sənsiz
Bağa girmərəm sənsiz, gülü dərmərəm sənsiz
Desələr şair ölüb, o şair mənəm sənsiz

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

02

2021 · single

Benzer Sanatçılar