Kishore Kumar Hits

BADCLAUSE - Yaz Şair şarkı sözleri

Sanatçı: BADCLAUSE

albüm: Mən Piyanam


Gəldim yenə, getmişdim gəldim, yenə vuruldum
Yarıda qoyduğun gün biləklərdə qan duruldu
İçimdə bir çöküntü var, ikinci adı qürurdur
Sevirdim sənsizliyi, hər dərdimi üzümə vurdu
Verdiyin sözlər belə itirib mahiyyətin
İstədim susum, amma artıq alınmırdı qəti
Xüsusi qoxum yoxdur, bax, üstümdə adi ətir
Saçının hər bir tonu kimi tünddür xasiyyətin
Bədahətim səmimiydi münasibət yox olmadan
İzlərin silinmir ki, xırda-xırda dolur yada
O dahi gözəl deyib: "Yuxulu gözünü sevdiyin adam
Sənə şair oldu, həm də gecələri yatmadan"
Uzatmadan davam eləyim kaş xətrimi itirməsən
Barmaqlar daşa dönəcək əgər əlinlə isitməsən
Sabahım zühur olsun, şəfəqimə gəl, parılda sən
Sağ yanım çürüyübdür dustaq o biri yarımda sən
Xətrinə dəymərəm heç bilirəm tez inciyənsən
Mən yox olsam illərcə, sən yenə gözləyərsən
Mənə yer-göy dar gələrdi, bircə dəfə "hə" desən sən
Hərşeyin bir həddi varsa, bu şairin həddi sənsən
Yaz, şair, yaz ki, boş qalmasın vərəq, dayanma
Yaz, şair, yaz ki, daha da dərinə enək, sən
Yaz, şair, biz oxuyaq biraz kövrələk, ondan
Yaz, şair, məhəbbətin meyvəsin dərək
Yenə yaz, şair, sığallasın yazıların külək, özündən
Yaz, şair, əhvalın necədir bilək, dözümdən
Yaz, şair, ümidlərin ölübdürmü görək, ürəyini
Yaz, şair, çəkinmə, yaz şair
Çox da yaxına durma, uzaqlaş, ardınca baxım
Bəlkə də sən olardın həyatımda axırıncı qadın
O qədər dibə endim ki, kədəri sətirə sancır adın
Butulkada içkinin sən sonuncu damcıları
Sancılarım daha da çökür, min bir ağrı var könüldə
Sən mənim tək dərdim ən gözəl, şad günümdə
Əlimdən sutək axdın, öldü balıqlar gölümdə
Yadıma da düşmədin çünki, içkiliydim ad günündə
Soldu ləçəklər gülümdə, yaşadım səncə nələr?
Qəlbə dəyən misraların olubdur bir gəncə bədəl
Birinci ümid ölürsə yaşaya bilməz öncə bədən
Otağında işıq yanır, hərdən bax pənəcərədən
Gedərdim incimədən, qəlbini təmizləsən
Bakını dərd eləmə, ölkəni belə tərk edərəm
Hər şeyim sənlə bağlı, əgər ki, sən istəsən
Siqaret çəkmək nədir, nəfəs alımağı tərgidərəm!
Alınmaz həqiqətən, heçnə yoluna düşmürsə
Yenə də içib şair axşam evinə dönmürsə
Əgər ki, xatirələr bakallarda ölmürsə
Deməli hələ də səni yazaram önümdə şam sönmürsə
Yaz, şair, yaz ki, boş qalmasın vərəq, dayanma
Yaz, şair, yaz ki, daha da dərinə enək, sən
Yaz, şair, biz oxuyaq biraz kövrələk, ondan
Yaz, şair, məhəbbətin meyvəsin dərək
Yenə yaz, şair, sığallasın yazıların külək, özündən
Yaz, şair, əhvalın necədir bilək, dözümdən
Yaz, şair, ümidlərin ölübdü mü görək,ürəyini
Yaz, şair, çəkinmə, yaz şair
Arzuların günəşə dönür, gecələr itir gözlərində
Səhərimi qaytar mənə açım sənin sözlərinlə
İndiki halıma yanan yalan yanır düzlərində
Mənliyini satan aşiq yoxa çıxırdı öz əlində
Axtarma sən heçvaxt tapmayacaqsan
Nə də ki, məndən özgə yar damında qalmayacaqsan
Ağzıma gələni yazıb şahəsərim ərsə gəlirsə mənim
Başdan bəri bilirdim mən ayrılığda ağlayacaqsan
Dayanma sən, məktubları qucağla sən
Qanadım yox uçaq desən
Uzaqda sən, yaxın olaram "uzağ" desən
Leylim, yum gözümü, açarsan mən oyan desəm
Lalam mən, koram mən, kar bilmirəm hayanda sən
Aldatma, məhlədəyəm, düş aşağı
Yağış yağır, o qəhvəyi buludlardan yağış yağır
Eləbilirsən unutmuşam xatirən hər qarışdadır
Və mən sənə aşiqəm deyə ruhumu bağışladım
Adətən özümə güvənirəm heçkimlə yarışmıram
Eşq elə bir şeydir ki, bütün hissləri qarışdırar
Şeirimi yazdığım qız özlüyündə çox sevinmə
Qələmin gözəlliyidir səni vərəqimə yaraşdıran
Yaz, şair, yaz ki, boş qalmasın vərəq, dayanma
Yaz, şair, yaz ki, daha da dərinə enək, sən
Yaz, şair, biz oxuyaq biraz kövrələk, ondan
Yaz, şair, məhəbbətin meyvəsin dərək
Yenə yaz, şair, sığallasın yazıların külək, özündən
Yaz, şair, əhvalın necədir bilək, dözümdən
Yaz, şair, ümidlərin ölübdü mü görək,ürəyini
Yaz, şair, yaz, şair

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

02

2021 · single

Benzer Sanatçılar