Kishore Kumar Hits

BADCLAUSE - 4 Fəsil Öncə şarkı sözleri

Sanatçı: BADCLAUSE

albüm: Sonuncu Səhifə


Sonbir neçə ildir həyat ürəyimcə getmir nəsə,
Uzaqlardadır kölgən və bilmirəm kimləsən.
Ruhun kimlə? Xoşbəxtliyə çəkirsən hər kimi məsəl
Axı hərşey yoluna düşərdi məni bir dəfə dinləsən,
İstəmədən uzaq düşdük və bilmədən kimdə səhv,
Sevgi gözümü kor edib, hələ də düşünürəm ki, mənləsən.
Kimləsə yenidən doğulub, ölürsənmi kimləsə?!
Əslində mənlə olmasan da iyirmibeş-lərimdəsən.
Nə tənhalıq, nə həsrət, nə qəlb ağrısı əl çəkmədi,
Dərman axtaranda, dərdimi tapdım, yar, ən sərt qəmi.
Ələxsus da sənlə yaşadım, intiharda hər səhnəni,
Rəsminə aşiq qəlb pərişan, kim aldı məndən səni?
Leyl içində boğuldum, şəfəqdən iraq, yağış narın,
İçimdə bir pis insan var ki, tanrı onu bağışlamır.
... yorğundur baxışlarım.
Sevdiyim mavi köynəyin kir içindədi naxışları.
... insafımdan əsər yox daha,
Qırılan qəlblər qələmə məhkumdur, qəmgin intibah.
Neçə dövrə şahid oldum, vərəqlərimdə min günah,
Amma izah edə bilmədi bu sevgimi heç bir kitab.
Özümə səddlər çəkdim, boğulub tənhalığımda,
Özümə gələcəm bir gün çıxsan sən ağılımdan.
Bir damcı göz yaşının 40 il xatirəsi qaldı məndə,
O bir damcıya möhtacam sevgi səhralığında.
Nədən bu qəddarlığın, axı sən məni yaxşı bilirdin,
Səndən uzaqda bədbəxt, səninlə yaxşı kimiydim.
Səsimi belə unutmusan, son dəfə zəng edəndə,
Dedim: "Salam can necəsən?", dedin: "Sağ ol, yaxşı. Kim idi?"
... məni xatırlamağı unutma,
Neçə ayaq izini özlüyündə qərq edib bu torpaq.
İllərin xəyalı olub da bircə gündə puç olmaq,
Ya mənlə qal bir ömür boyu, ya da ki, çıx get heç olma.
Üzümdəki bu hüznü anlasan bir gün,
Gəl, nurunla qaraltma dünyamı,
Bir mələk düşün, hər şeyi düzgün,
İçdən ağlayır, ürəyi dayanmır.
Qırmamaq üçün hər dəfə qəlbini,
Otaq şüşələri paramparçadır.
Səni qucaqladığı hər bir günün
Üzünə gülüb arxasıyca ağladı.
Bu hüznü anlasan bir gün,
Gəl, nurunla qaraltma dünyamı,
Bir mələk düşün, hər şeyi düzgün,
İçdən ağlayır, ürəyi dayanmır.
Qırmamaq üçün hər dəfə qəlbini,
Otaq şüşələri paramparçadır.
Səni qucaqladığı hər bir günün
Üzünə gülüb arxasıyca ağladı.
... saflığını kirlə dəyişib,
Dəyişib gülüşləri, saç düzümü, şəkilləri dəyişib.
Hər gün eyni olan xasiyyəti də birdən dəyişib,
Bəlkə çox sevirdi məni təkcə fikirləri dəyişib,
Hələ də vəfasızdır o gündə bir süfrəni dəyişir,
Mənlə olan eşqinisə hansısa zibillə dəyişib.
Bir müddət tək qalır özüylə, öz tənhalığında,
Və bir müddət sonra isə sevgililər dəyişir!
O məni yaxşı bilir, dərdimə özümə kimlə nə işim?
Zahirini dəyişmək istəyəndə içdən dəyişib.
Ruhun fahişəliyini gizlədəndə, hislər dəyişib,
O vaxt mənlə birgə qeyd etdiyi günlər dəyişib.
Yar siyah əba geyib mən aldığım köynəyi dəyişib,
Hər şeyi yoluna qoymaq istəyəndə gör nəyi dəyişib?
Yırtıb kəlağayısını, vicdanının örpəyi dəyişib,
Düz 3 ay soyuq danışdı, bir keçən 4 ayı dəyişib.
Varlığı yaz axşamıydı, ömürə yağan qaran onu da dəyişib,
Davranmırdı əvvəlkitək salam-sağol'u da dəyişib.
Hər şey düzəlsə belə çox heyif ki, bir mən dəyişib,
Toparlaya bilmədim özümü, gördüm illər dəyişib.
Mənlə olan şəkli səhifəsində hirsslə dəyişib,
Düşünüb taleyin dəyişdiyin, ya qismət dəyişib.
Qəlbi öz yerindədi hələ, o zərif xisləti dəyişib,
Bəlkə də səhv məndə idi ki, mənə olan istəyi dəyişib.
Gəl indi düzün denən, de etmişəm pis nəyi dəyişib?
Danışsaq həll olardı, nə susmuşuq biz nəyi dəyişib?
Sənə görə keçərdim hərşeyimdən, bu risk nəyi dəyişib?
Bizdən yazdığım vaxtlarda olmadı, bir zəif əl işim.
Dəyişib yalanlarını, qurduğu hər cümləni dəyişib,
Dəyişib "çox sağ ol"-ları və "təşəkkür"-ləri dəyişib.
Saralmış yarpaqlara mən alan gülləri dəyişib.
Xəyalındakı ailəni, gəlinliyi, üzükləri dəyişib!
Elə bəlkə buna görə soyuqdur hələ də sənsiz əllərim,
Uzağı üzr istərdim, əgər olsa idi səhv mənim.
Rəhm etmir ağrılar, düşüncəmdə qəm gicəllənir,
Amandır, unudub hər şeyi, bircə dəfə "gəl" desən gəlim.
Bir bilsən necə ağır gəlir bu tənha uşaq üçün,
Bədən didərgindir, yoxluğunda səndən uzaq ruh.
Mənə nifrətlə baxıb son ayrılan gün dedin ki,
"N* pox yeyirsənsə ye təki qurbanın olum məndən uzaq dur."
O gün bu gündür ki, gülmür üzüm sənsiz alınmır,
Yalan satıram özümə sevgi bir nəfərsiz alınmır.
Hal-əhvalım yerində deyil, dərd və sər misalımdır,
Hər dəfə daha da çökürəm, inan həyat kədərsiz alınmır.
Keçir aylar-həftələr, günlər ötür zaman durur qəsdimə,
Dönürəm eşqin əsrinə, çıx gəl, ayrılıq əbəs edən.
Bu dərdi doldurub qəlbimə, göz yaşı dəyir hər simə,
Özgələr oxuyur şərqilər, heyif özgə qonaq rəsminə.
Üzümdəki bu hüznü anlasan bir gün,
Gəl, nurunla qaraltma dünyamı,
Bir mələk düşün, hər şeyi düzgün,
İçdən ağlayır, ürəyi dayanmır.
Qırmamaq üçün hər dəfə qəlbini,
Otaq şüşələri paramparçadır.
Səni qucaqladığı hər bir günün
Üzünə gülüb arxasıyca ağladı.
Bu hüznü anlasan bir gün,
Gəl, nurunla qaraltma dünyamı,
Bir mələk düşün, hər şeyi düzgün,
İçdən ağlayır, ürəyi dayanmır.
Qırmamaq üçün hər dəfə qəlbini,
Otaq şüşələri paramparçadır.
Səni qucaqladığı hər bir günün
Üzünə gülüb arxasıyca ağladı.

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

02

2021 · single

Benzer Sanatçılar