Kishore Kumar Hits

Xpert - Sarışan Hallar şarkı sözleri

Sanatçı: Xpert

albüm: Qassab


Boyum olardı dizdən, qırlı damlı evimizdə
Yadıma gəlir yaşlı ağac vardı köhnə həyətimizdə
Danışım sizə gecə oyanıb gizlin
Budaqlarına parça asıb ev diləməyimizdən
Yanıb tütür uşaqlığım bütün
7 yaşda ciyərlərimə qonaq elədim tütün
Utanırdım xəstəliyimi başqa kimsə görsün
Dodağlarımı kəsib qanını yanağlarıma sürtürdüm
Tirtab olub çürüy evimin poluna
Yalvarıram mənlə ol amma mənə olannan olma
Bəlkə göylər almaz məni
Özüm qanlı tüpürcəyimi sürtürdüm köynəyimin qoluna
Soruşsalar Şəhri varmı arzun?!
Gecə babamın ruhu gəlib saçımı sığallasın
Pəncərəni də açıq qoysun arxasıyca
İstərəmki o gedən kimi məni də külək aparsın
İstəmirəm sağalmaq amma gərək dərman içim
Yolundadır görsün həkim, müalicəm keçir
Səhərə qədər tir-tir əsib diksinirəm soyuğdu mənə
Nə olsun ki, döşəyim düz böyründədi peçin?!
Oynamaq istəyirəm hərdən orda
İslanardı corablarım meyil çəkir sora da
Buz kimi dondurma bir də bol kremli torta
Arzularımı yerinə gətir rahat yatım gorda
4 tərəfim dost tanışla dolsun
Gecə-gündüz baxışlarını zillə qapıya nə olsun?!
Bir nəfər də zəng eləmir hal əhvalımı sorsun
Telefonum da varmı ki heç zəng eləyənim olsun?!
Bulud olsam küləklərdə axsam
Göylərdən seyr eləyim bilimki sən sağsan
Arada bir dənə baş çək mənə qardaş
Yalandanda olsan denən - Sağalacaqsan

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar