Kishore Kumar Hits

Alim Qasimov - Əziz Dostum, Şur, Ol Qara Tellər şarkı sözleri

Sanatçı: Alim Qasimov

albüm: Təbriz Səfəri


Əziz dostum məndən, küsüb incidi
Yad kimi ayrılıb çıxdı evimnən
Əziz dostum məndən, küsüb incidi
Yad kimi ayrılıb çıxdı evimnən
O gedən yolları, ot basıb indi

O gedən yolları, ot basıb indi
O gedib qalmişam, həsrətində mən
O gedib qalmişam, həsrətində mən
Necə nəğmə qoşum, necə dinlənim
Dost gedib, özümə gələ bilmirəm, ay

Necə nəğmə qoşum, necə dinlənim
Dost gedib, özümə gələ bilmirəm
Elə bil əllərim yox olub mənim
Gözümün yaşını silə bilmirəm
Elə bil əllərim, yox olub mənim
Gözümün yaşını silə bilmirəm

Çaldığı o sazı, gətirin mənə
Görün ki, çalmaqda necə mahirəm
Çaldığı o sazı, gətirin mənə
Görün ki, çalmaqda necə mahirəm
Əlim dəyən kimi, bircə telinə

Əlim dəyən kimi, bircə telinə
Tellər haray çəkib, qırıldı o dəm
Tellər haray çəkib, qırıldı o dəm
Tellər haray çəkib, qırıldı o dəm
Necə nəğmə qoşum, necə dinlənim
Dost gedib özümə gələ bilmirəm, ay

Necə nəğmə qoşum, necə dinlənim
Dost gedib özümə gələ bilmirəm
Elə bil əllərim yox olub mənim
Gözümün yaşını silə bilmirəm
Elə bil əllərim yox olub mənim
Gözümün yaşını silə bilmirəm
Gözümün yaşını silə bilmirəm
Gözümün yaşını silə bilmirəm
Gedib özümə gələbilmirəm
Dost gedib özümə gələ bilmirəm
Elə bil əllərim yox olub mənim
Gözümün yaşını silə bilmirəm

Bəh, bəh, bəh, bəh

Bəh, bəh

Yad eylədikcə

Yad eylədikcə, vəslini, ey mahi-təl'ətim

Ağlar, ey, ey, eeey
Ağlar gözümüdə, qanə dönər əşki-həsrətim

Sənsiz

Sənsiz, füzun olur, gecə-gündüz fəlakətim
Səbrim tükəndi, yox qəmi-hicranə taqətim
Gəl gəl mənim gözəl mələyim, nazlı afətim

Ruhim sə'adətim
Ruhim sə'adətim, sənə vabəstə hər zaman
Sənsiz
Səəən

Sənsiz, cahanda mən yaşamaq istəməm inan
Artiq burax sitəmləri ey, gəl, bağrım oldu qan
Səbrim tükəndi, yox qəmi-hicranə taqətim
Gəl gəl mənim gözəl mələyim, nazlı afətim

Sağol

Röyadə, mən, keçən gecə eylərkən intizar
Ay əman, ay əman, ay əman, ay əman
Ay əman, ay əman, ay balam

Röyadə, mən, keçən gecə eylərkən ahü-zar
Sən vermədin mi bir əbədi vəsl üçün qərar?
Ay əman

İnsafə gəl, eeey

İnsafə gəl aman, məni məhv etdi intizar
Səbrim tükəndi, yox qəmi-hicranə taqətim
Səbrim tükəndi, yox qəmi-hicranə taqətim
Gəl gəl mənim gözəl mələyim, nazlı afətim
Səbrim tükəndi, yox qəmi-hicranə taqətim
Gəl gəl mənim gözəl mələyim, nazlı afətim
Ol qara tellər məndə də olsa, heeey!

Ol ... məndə də olsa, heeey!

Ol ... məndə də olsa, heeey!
Əlləri səndən, hörməsi məndən
A ... ayrılmam səndən
Qaldı qapı dalında
Gözüm qaldı xalında
Gedim anama deyim
Gəlim qalım yaninda
Haydi gözül yar
Qaldı qapı dalında
Gözüm qaldı xalında
Gedim anama deyim
Gəlim qalım yaninda
Haydi gözül yar
Qaldı qapı dalında
Gözüm qaldı xalında
Gedim anama deyim
Gəlim qalım yaninda
Haydi gözül yar
Haydi qapı dalında
Gözüm qaldı xalında
Gedim anama deyim
Gəlim qalım yaninda
Gəlim qalım yaninda
Gəlim qalım yaninda

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar