Səni mən ey mahi ənvər, necə tarif qılım, yoxdu şəbihin Bu lətafət, bu şərafət, bu cihan üzrə pəri hurilər olmaz ♪ Nə deyim? Qalmışam aciz Bu vəcahət, bu məlahət də züleyxa nədi, billəh ki üzün tək ola bilməz gül-i hamra, ha belə Yoxdu qədin tək çiməni dəhrdə bir sərvi dilara vü nə şimşadü nə arar, nə sənobər ♪ Hanı zülfün kimi sünbül? Üzünü kim gülə oxşatdı, xata etdi qələt dir Hanı bu rəngidə gül? Bəs nə deyim? Eylə ləbin mül Arizi gün, ya mahi taban Dilim yox! ♪ Dilim yox! Deyə bilməm ləbinə ləli bedəxşan, dişinə gövhəri rəxşan Hani ol çəşmi xumarın kimi bir nərgisi şəhla Nə olur ey bütü tənnazı xoş avaz ki hər gah, bu biçareye dilxəstəyə bir rəhm edəsən Yoksa məgər bilməmisən kim sənə mən aşiqəm ey yari cəfakar! Dilazar! Sitəmpişə vü birəhmü mürüvvət Nə xoşundur ki çəkim mən belə zillət? Səni Tanrı ♪ Səni Tanrı, daxı əl çək bu cəfadan Ki gümanım budu, bu vəzidə gər görsə məni, rahm eləyər gəbru nəsara Belə gəldi! Belə gitdi! Belə bakdi Necə bakdı? Ki gözü akdı canım odlara yakdı Yürü git! Dəng eyləmə! bir elə Gör ta ki deyim mən: Belə gəldi belə gitdi Nə bilim kim diyəcəksən ki bu əfsanə di, kim ol belə gəldi belə gitdi! O nə məcnun di nə ləyla! Nə məxfi di nə pəyda Nə vamiq di nə əzra Nə nəbati di nə hafız O müdəbbir di ki tədbir elədi Etdi məni aşıqı şeyda