Kishore Kumar Hits

Lalə Məmmədova - Qış Nağılı şarkı sözleri

Sanatçı: Lalə Məmmədova

albüm: Vol. 1


Göy üzü bəyaz, yer üzü bəyaz
Ağaclar haray çəkir
Harada qaldı bu yar?
Ağarıb çöllər, ağarıb yollar
Çağlayan çaylar susdu
Susub qaynar sular
Baxıram bir anlığa varan çöllərə
Fikrimin karvanı çəkib məni aparır
Baxıram bir anlıq ağaran yollara
Qəlbimdən bir ümid doğulub boy atır
Çevrilib dağlara tuturam üzümü
Yüz ildir həsrət kimi
Çevrilib dağlara tuturam üzümü
Yüz ildir həsrət kimi

Hayqırır, külək çırpınır külək
Ayaqlar gücdən düşür
Gücdən düşür ürək
Üz tutub yenə üfüqə sarı
Gedirəm əzə-əzə yoluma düşən qarı
Və hərdən bir ocaq istisi duyuram
Hərdən də bir nəfəs hərarəti, şəfqəti
İçimdə bir işıq ziyası süzülür
Çıxarır qəlbimdən küdurəti, nifrəti
Çevrilib dağlara tuturam üzümü
Yüz ildir həsrət kimi
Çevrilib dağlara tuturam üzümü
Yüz ildir həsrət kimi

Və hərdən bir ocaq istisi duyuram
Hərdən də bir nəfəs hərarəti, şəfqəti
İçimdə bir işıq ziyası süzülür
Çıxarır qəlbimdən küdurəti, nifrəti
Çevrilib dağlara tuturam üzümü
Yüz ildir həsrət kimi
Çevrilib dağlara tuturam üzümü
Yüz ildir həsrət kimi
Çevrilib dağlara tuturam üzümü
Yüz ildir həsrət kimi
Çevrilib dağlara tuturam üzümü
Yüz ildir həsrət kimi

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar