Çöldə çiçək oldum, çəməndə naxış Şimşəkdə od oldum, buludda yağış Sirli bir göz gördüm, nurlu bir baxış Çevrildim çeşməyə, qarışdım çaya Səni sevmək üçün gəldim dünyaya Səni sevmək üçün gəldim dünyaya Leyli da, Əsli də, Şirin də mənəm Məcnuna, Fərhada qanad da mənəm Ölüm də, sevgi də, həyat da mənəm Şükür yaradanın verdiyi paya Səni sevmək üçün gəldim dünyaya Səni sevmək üçün gəldim dünyaya Mən min il əvvəl də gələ bilərdim Min ildən sonra da ölə bilərdim Zamanı başqa cür hesablayardım Vaxtı başqa cürə bölə bilərdim Düşüb sən doğulan həftəyə, aya Səni sevmək üçün gəldim dünyaya Düşüb sən doğulan həftəyə, aya Səni sevmək üçün gəldim dünyaya ♪ Səsini eşitdim, səsdən səs aldım Şaqraq gülüşündən güc, həvəs aldım Sən nəfəsim oldun, mən nəfəs aldım Muştuluq verdilər günəşə, aya Səni sevmək üçün gəldim dünyaya Səni sevmək üçün gəldim dünyaya Leyli da, Əsli də, Şirin də mənəm Məcnuna, Fərhada qanad da mənəm Ölüm də, sevgi də, həyat da mənəm Şükür yaradanın verdiyi paya Səni sevmək üçün gəldim dünyaya Səni sevmək üçün gəldim dünyaya Neçə dinsizləri dinə gətirdim Qorudum, sünbülü dənə gətirdim Könlümdə nə varsa, sənə gətirdim Mənim yollarımı kəsə bilmədi Nə sərhəd, nə dəmir, nə daş, nə qaya Səni sevmək üçün gəldim dünyaya Nə sərhəd, nə dəmir, nə daş, nə qaya Səni sevmək üçün gəldim dünyaya ♪ Mən min il əvvəl də gələ bilərdim Min ildən sonra da ölə bilərdim Zamanı başqa cür hesablayardım Vaxtı başqa cürə bölə bilərdim Düşüb sən doğulan həftəyə, aya Səni sevmək üçün gəldim dünyaya Düşüb sən doğulan həftəyə, aya Səni sevmək üçün gəldim dünyaya Səni sevmək üçün gəldim dünyaya Səni sevmək üçün gəldim dünyaya