Bir yelkənəm qəm gölündə batmışam Qova-qova kədərimə çatmışam Bəxtim yatıb, yoxsa özüm yatmışam? Bu fəsil də necə keçdi, bilmədim ♪ Aylarımı, illərimi itirdim Öz əlimlə payızımı gətirdim Səadətin qatarını ötürdüm Bu fəsil də necə keçdi, bilmədim Səhərimin, axşamımın fərqi yox Bu fələyin geri dönən çərxi yox... Görən deyir: "Bəxtəvərin dərdi yox" Bu fəsil də necə keçdi, bilmədim ♪ Bir gülünü, çiçəyini dərmədim Necə gəldi, necə getdi bilmədim Laləsini, nərgizini hörmədim Bu fəsil də necə keçdi, bilmədim Səhərimin, axşamımın fərqi yox Bu fələyin geri dönən çərxi yox... Görən deyir: "Bəxtəvərin dərdi yox" Bu fəsil də necə keçdi, bilmədim Bilmədim, bilmədim...