Gül-çiçəklər bürüyər dağı, çölü, çəməni Süfrələri bəzəyər yaşıl telli səməni Arzu-istək gizlənər süfrələrin şamında Sevinər ana yurdum bu bayram axşamında! Tonqallar alovlanır Hər evdə gözəl xonça Bu gün el bayramıdır Deyib-gülək doyunca! Tonqallar alovlanır Hər evdə gözəl xonça Bu gün el bayramıdır Deyib-gülək doyunca! Bizə sevinc gətirər durnalar qatar-qatar Qonşu qapılarına uşaqlar papaq atar Hamı tələsər bu gün öz yurduna-evinə Xoş gəlmisən, Novruzum, Azərbaycan elinə! Tonqallar alovlanır Hər evdə gözəl xonça Bu gün el bayramıdır Deyib-gülək doyunca! Tonqallar alovlanır Hər evdə gözəl xonça Bu gün el bayramıdır Deyib-gülək doyunca! Bu Novruz bayramında hər bir ürək şən olar Unudular kin-nifrət, gün gecəylə tən olar Hər evə, hər ocağa ruzi-bərəkət gələr Novruzun gəlişini el həsrətlə gözləyər! Sevinir ana yurdum Haydi, yallı gedək! Xoş gəlmisən, Novruzum Qədəmlərin mübarək! Sevinir ana yurdum Haydi, yallı gedək! Xoş gəlmisən, Novruzum Qədəmlərin mübarək! Tonqallar alovlanır Hər evdə gözəl xonça Bu gün el bayramıdır Deyib-gülək doyunca! Tonqallar alovlanır Hər evdə gözəl xonça Bu gün el bayramıdır Deyib-gülək doyunca!