Kishore Kumar Hits

Faiq Ağayev - Novruzum şarkı sözleri

Sanatçı: Faiq Ağayev

albüm: 2015


Gül-çiçəklər bürüyər dağı, çölü, çəməni
Süfrələri bəzəyər yaşıl telli səməni
Arzu-istək gizlənər süfrələrin şamında
Sevinər ana yurdum bu bayram axşamında!
Tonqallar alovlanır
Hər evdə gözəl xonça
Bu gün el bayramıdır
Deyib-gülək doyunca!
Tonqallar alovlanır
Hər evdə gözəl xonça
Bu gün el bayramıdır
Deyib-gülək doyunca!

Bizə sevinc gətirər durnalar qatar-qatar
Qonşu qapılarına uşaqlar papaq atar
Hamı tələsər bu gün öz yurduna-evinə
Xoş gəlmisən, Novruzum, Azərbaycan elinə!
Tonqallar alovlanır
Hər evdə gözəl xonça
Bu gün el bayramıdır
Deyib-gülək doyunca!
Tonqallar alovlanır
Hər evdə gözəl xonça
Bu gün el bayramıdır
Deyib-gülək doyunca!

Bu Novruz bayramında hər bir ürək şən olar
Unudular kin-nifrət, gün gecəylə tən olar
Hər evə, hər ocağa ruzi-bərəkət gələr
Novruzun gəlişini el həsrətlə gözləyər!
Sevinir ana yurdum
Haydi, yallı gedək!
Xoş gəlmisən, Novruzum
Qədəmlərin mübarək!
Sevinir ana yurdum
Haydi, yallı gedək!
Xoş gəlmisən, Novruzum
Qədəmlərin mübarək!
Tonqallar alovlanır
Hər evdə gözəl xonça
Bu gün el bayramıdır
Deyib-gülək doyunca!
Tonqallar alovlanır
Hər evdə gözəl xonça
Bu gün el bayramıdır
Deyib-gülək doyunca!

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

2020

2020 · mini albüm

Benzer Sanatçılar