Kishore Kumar Hits

İradə İbrahimova - De Hardasan şarkı sözleri

Sanatçı: İradə İbrahimova

albüm: De Hardasan


Sən gedəndən şərik oldum kədərə
Dərdlərimi bölə-bölə yaşadım
Mən bilirdim ömrüm gedir boş yerə
Mən bunları bilə-bilə, damla-damla, gilə-gilə yaşadım
Sən gedəndən əsir oldum kədərə
Dərdlərimi bölə-bölə yaşadım
Mən bilirdim ömrüm gedir hədərə
Mən bunları bilə-bilə, damla-damla, gilə-gilə yaşadım

Yaşadım, bir bilsən necə?
Yaşadım hər tənha gecə
Saxlayıb qəlbimdə gizlicə
Sənin mən sevgini yaşadım
Yaşadım, bir bilsən necə?
Yaşadım hər tənha gecə
Saxlayıb qəlbimdə gizlicə
Yaşadım, yaşadım, yaşadım, yaşadım
De hardasan?
Yerini söylə mən gəlim
Yarım qalan ümidlərim
Səni deyə-deyə ağlar
De hardasan?
Sevgimə çatmayır əlim
Sənsiz yaşanan illərim
Ümid yollarımı bağlar
De hardasan?

Ürəyim səni çox sevdi, dinmədim
Bu istəyin ağrısıyla yaşadım
Göz yaşım qəlbimə axdı, dinmədim
Bu yaşları gilə-gilə, damla-damla, silə-silə yaşadım
Yaşadım, yaşadım
Yaşadım, bir bilsən necə?
Yaşadım hər tənha gecə
Saxlayıb qəlbimdə gizlicə
Sənin mən sevgini yaşadım
Yaşadım, bir bilsən necə?
Yaşadım hər tənha gecə
Saxlayıb qəlbimdə gizlicə
Yaşadım, yaşadım, yaşadım, yaşadım
De hardasan?
Yerini söylə mən gəlim
Yarım qalan ümidlərim
Səni deyə-deyə ağlar
De hardasan?
Sevgimə çatmayır əlim
Sənsiz yaşanan illərim
Ümid yollarımı bağlar
De hardasan?

De hardasan?
Sevginə çatmayır əlim
Sənsiz yaşanan illərim
Ümid yollarımı bağlar
De hardasan?

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar