Kökləyib qəm məni sənsizliyə, ey incə çiçək
Baxışım xırdalanır
Hafizəmdə ən əziz xatirələr tərpənərək
Yuxusundan oyanır
Dəlilərtək coşub, əfqanə gəlir birdən ürək
Bədənim parçalanır
İstəyim bircə xudadan budur, çatsın sənə səs
Eşidirsənsə, tələs, eşidirsənsə, tələs
♪
Ciddi cəhd ilə dönüb min dəfə baxdım geriyə
Səhv olub harada, nədə?
Ümid etdim bütün ömrü, yetərəm vəslə deyə
Sənsizəm, gəl, hələ də
Ruhumu qəhqəhələrlə qəm alır çərçivəyə
Qalıram məngənədə
Dustağam hicrə, dağılmır ki, dağılmır bu qəfəs
Eşidirsənsə, tələs, eşidirsənsə, tələs
♪
Əlinə dəysin əlim
Sən danışdıqca, gülüm
Qoyma həsrətdən ölüm
Eşidirsənsə, tələs
Əlinə dəysin əlim
Sən danışdıqca, gülüm
Qoyma həsrətdən ölüm
Eşidirsənsə, tələs
Şaxta vurmuş ürəyim
Arzulayır isti nəfəs
Eşidirsənsə, tələs
Eşidirsənsə, tələs
♪
Edə bilməz dağınıq saçlarının ətrin əvəz
Gələ min gül qoxusu
♪
Səni andıqca vücudumda dönüb oldu mərəz
Bu məhəbbət yuxusu, bu məhəbbət yuxusu
♪
Dilə tutdum fələyi, bəlkə bizə zülm eləməz
Ələ keçmir yaxası
Sənsiz ömür etməyə dünyada nə güc var, nə həvəs
Eşidirsənsə, tələs, eşidirsənsə, tələs
♪
Əlinə dəysin əlim
Sən danışdıqca, gülüm
Qoyma həsrətdən ölüm
Eşidirsənsə, tələs
Əlinə dəysin əlim
Sən danışdıqca, gülüm
Qoyma həsrətdən ölüm
Eşidirsənsə, tələs
Şaxta vurmuş ürəyim
Arzulayır isti nəfəs
Eşidirsənsə, tələs
Eşidirsənsə, tələs
Поcмотреть все песни артиста