Kishore Kumar Hits

Tünzalə - Güzgü şarkı sözleri

Sanatçı: Tünzalə

albüm: Favorite Hits


Bu güzgüyə bir vaxt qoşa baxardıq
Bu güzgüdə yerin indi boş qalıb
Bəlkə səndən bu güzgünün canında
Dodaq qalıb, kirpik qalıb, qaş qalıb?
Göz yaşların canındadı, bəlkə də
Damla-damla əriyəcək bu güzgü
Bu güzgü
Bir gün sənin ayağınla dünyada
Ayaq açıb yeriyəcək bu güzgü
Bu güzgü
Bəlkə, səni axtaracaq, gəzəcək
Milyon-milyon adamların içində
Görən kimi tanıyacaq üzünü
Ən qaranlıq axşamların içində
Qaçacaqsan bu güzgünün əlindən
Dönəcəksən o döngəyə, bu tinə
Adamları, maşınları, evləri
Atacaqsan bu güzgünün cənginə
Yenə, yenə doymayacaq bu güzgü
Bu şəhəri udub, udub gələcək, gələcək
Səni gözdən qoymayacaq bu güzgü
Yeri-göyü tutub, tutub gələcək, gələcək
Bəlkə, səni axtaracaq, gəzəcək
Milyon-milyon adamların içində
Görən kimi tanıyacaq üzünü
Ən qaranlıq axşamların içində
Bəlkə, səni axtaracaq, gəzəcək
Milyon-milyon adamların içində
Görən kimi tanıyacaq üzünü
Ən qaranlıq axşamların içində
Bu da belə bir nağıldı yalandan
Sən ki, yoxsan, getdiyin o gedəndi
Bu güzgü də yerindədi, yerində
Bu güzgü də yenə sağdı, bütövdü
Sınan güzgü axı bir də calanma
Bəlkə Tanrı özü görüb bu işi bu, işi
Bu güzgünün hər tikəsi bəlkə də
Damla-damla göz yaşınla bitişib, bitişib

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar