Gözün axtarır məni hər yerdə Sevək gizlicə, görüşək gizlin Mənim də ruhum sıxılır hərdən Ölümdən betər mənə sənsizlik Buludlar itər, çəkilər kölgə Yağışlar yuyar tozu, çirkabı Rahatlıq tapar ürəyim Bəlkə səadət tapar könül ərbabı Biz bir uzun gecədə yola çıxdıq Ay yola şölə saçır, yol açıqdır Səbir elə, gün doğacaq Görəcəklər, sevgililər yenə qol-qola çıxdı Biz bir uzun gecədə yola çıxdıq Ay yola şölə saçır, yol açıqdır Səbir elə, gün doğacaq Görəcəklər, sevgililər yenə qol-qola çıxdı. (Yol açıqdır) Sonunda parlaq gələcək varsa Olub keçənlər bizi qorxutmaz Dönər gerçəyə nə dilək varsa Bəlalar sevən gözü qorxutmaz Buludlar itər, çəkilər kölgə Yağışlar yuyar tozu, çirkabı Rahatlıq tapar ürəyim Bəlkə səadət tapar könül ərbabı Biz bir uzun gecədə yola çıxdıq Ay yola şölə saçır, yol açıqdır Səbir elə, gün doğacaq Görəcəklər, sevgililər yenə qol-qola çıxdı Biz bir uzun gecədə yola çıxdıq Ay yola şölə saçır, yol açıqdır Səbir elə, gün doğacaq Görəcəklər, sevgililər yenə qol-qola çıxdı Biz bir uzun gecədə çıxdıq bu yola (Yol açıqdır) Ay da bizimlədir, sevgiyə şahid ola (Yol açıqdır) Ürəkdən ürəyə bir körpü salaq (Yol açıqdır) Baxışlardakı alov ruhumuza dola (Yol açıqdır) Ruhu dərbədər edən ürəyin gücüdür (Yol açıqdır) Aşiq olub eşq yollarında yorulaq (Yol açıqdır) Səbir elədik, gün doğdu, kədər bitdi (Yol açıqdır) Sevgililər əlbət yetəcək vüsala (Yol açıqdır)