Kishore Kumar Hits

Zülfiyyə Xanbabayeva - Son Gecə şarkı sözleri

Sanatçı: Zülfiyyə Xanbabayeva

albüm: Sən Gedən Gündən


Ayrılıq aramızda yerini salacaq
Həsrətimiz yanacaq, sinəmiz bir ocaq
Əllərimdə əllərinin istisi qalacaq
Axı kim, kim dedi, bu gecə son gecədir
Gözlərim sürünəcək, ardınca bir sən
Sözlərim tutacaq, uşaqtək ətəyindən
Məni də özünlə, özünlə apar sən
Axı kim, kim dedi, bu gecə son gecədir
Qovuram gözümdən
Səhəri, səhəri
Verməsin sabahdan
Xəbəri, xəbəri
Son gecə qəlbimin
Kədəri, kədəri
Axı kim, kim dedi
Bu gecə son gecədir
Bu gecə son gecədir
Sənsiz mən dünyada kimsəsiz olmuşam
Ayları, illəri hicranla qalmışam
Həsrətli günləri gözümdən qovmuşam
Axı kim, kim dedi, bu gecə son gecədir
Qovuram gözümdən
Səhəri, səhəri
Verməsin sabahdan
Xəbəri, xəbəri
Son gecə qəlbimin
Kədəri, kədəri
Axı kim, kim dedi
Bu gecə son gecədir
Bu gecə son gecədir
Bu gecə son gecədir

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar