Kishore Kumar Hits

Zülfiyyə Xanbabayeva - Çarəsiz şarkı sözleri

Sanatçı: Zülfiyyə Xanbabayeva

albüm: Melanxoliya


ÇARƏSİZ
ZÜLFİYYƏ XANBABAYEVA
Xəyallarıma qonaq gələrkən yaşanmış anlar
İçim yanar, özlərəm səni
Yağar ürəyimə gözlərindən qəmli leysanlar
Əvvəlkitək istərəm səni
Qəlbim qanadsız bir quşdur
Nə zamandır, ömrüm boşdur
Uzun illər ötsə də, gözlərəm səni
Çarəsiz
Sənlə biz bu sevgisiz, tək kimsəsiz
Üşüdük tənhalıqdan bax hər ikimiz
Eyni anda sən mənsiz və mən sənsiz
Özümüzdən xəbərsiz biz çarəsiz
Çox aciz bu sevgisiz, tək kimsəsiz
Üşüdük tənhalıqdan bax hər ikimiz
Eyni anda sən mənsiz və mən sənsiz
Biz çarəsiz
Yaş ötər, soyuyar keçər, ağrılar qalar arxada
Keçmişimdə gizlərəm səni
Bir-birimizin olmasaq da, fani dünyada
Göylərdən səslərəm səni
Sınmış duyğular daha coşmur
Nə zamandır, ömrüm boşdur
Uzun illər ötsə də, gözlərəm səni
Biz çarəsiz
Çox aciz, bu sevgisiz, tək kimsəsiz
Üşüdük tənhalıqdan bax hər ikimiz
Eyni anda sən mənsiz və mən sənsiz
Özümüzdən xəbərsiz biz çarəsiz
Sənlə biz bu sevgisiz, kimsəsiz
Üşüdük tənhalıqdan hər ikimiz
Eyni anda sən mənsiz və mən sənsiz
Biz çarəsiz

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar