Bir sərvi boylu, dodağı qönçə Bir sərvi boylu, dodağı qönçə Maral baxışlı yara aşiqəm Maral baxışlı yara aşiqəm Olaram gündə yüz yol qurbanı Olaram gündə yüz yol qurbanı Belə bir gülüzara aşiqəm Belə bir gülüzara aşiqəm ♪ Gecə sübhədək eylərəm nalə Gecə sübhədək eylərəm nalə Düşməz heç könlüm özgə xəyalə Düşməz heç könlüm özgə xəyalə Gərdəni mina, ağzı piyalə Gərdəni mina, ağzı piyalə Ləhçəsi şirin yara aşiqəm Ləhçəsi şirin yara aşiqəm ♪ Ey yıxan könlüm evin, qıl həzər əfğanımdan Evin abad olsun, əl çək dili-divanımdan Məni Məcnun ilə Məni Məcnun ilə Fərhadə bərabər tutma Mən olardan da hünərdə keçərəm canımdan ♪ Bircə gəl, gör, nə cəfalər çəkirəm zülfündən Xəbərin yoxdur sənin halı-pərişanımdan, ay balam Tən edir el mənə: "yarın nə vəfasız çıxdı," ay əman Ey vəfasız, demirəm mən bunu öz yanımdan Vahidəm, əsrimizin indiki Fərhadı mənəm Kim məni ayrı salar? Kim məni ayrı salar Xosrovü-xubanımdan? Güləndə ləbindən balı axan Güləndə ləbindən balı axan Bəzənib sərxoş tovuztək çıxan Bəzənib sərxoş tovuztək çıxan Niqab altından pünhani baxan Niqab altından pünhani baxan Əcayib xoş rəftara aşiqəm Əcayib xoş rəftarəa aşiqəm Əcayib xoş rəftara aşiqəm Əcayib xoş rəftara aşiqəm