Göy üzündə ay dolanır, yerdə gülür gül-çiçək Görən haçan, bir də, yarım qapımızdan keçəcək? Görən haçan, bir də, yarım qapımızdan keçəcək? Küsüb getdi yarım mənim, yollar batdı dumana Axı niyə öz eşqimi düz demədim mən yara? Axı niyə öz eşqimi düz demədim mən yara? ♪ Baxacaqmı, görən, gəlib pəncərəmə bir də yar? Ürəyimi saldı mənim bir sağalmaz dərdə yar Ürəyimi saldı mənim bir sağalmaz dərdə yar Bəlkə indi qəm içində baxır o da yollara Axı niyə öz eşqimi düz demədim mən yara? Axı niyə öz eşqimi düz demədim mən yara?