Kishore Kumar Hits

Nəzakət Teymurova - Gəlməsən Sən şarkı sözleri

Sanatçı: Nəzakət Teymurova

albüm: Gəlməsən Sən


İntizardayam, gözlərim yolda, könlüm dardadır
Çox nigaranam
Deyirəm, indi, görən, haradadır?
Dərdimin ortağı tək sən idin
Könlümə ən yaxın həmdəm idin
Nədən üzürsən məni, bilmirəm
İncidinmi?
Ah, niyə gəlmədin?
Sənsiz tənhayam, ömrün gülşəni saralmazmı?

Payız ötüşür, qış gəlsə, yolu qar almazmı?
Gəl, könlümün sultanı
Şadlanıb gülmərəm, gəlməsən sən
Dərdimi bölmərəm, gəlməsən sən
Fələyə can vermərəm, gəlməsən
Dönmərəm, ölmərəm, gəlməsən sən

Yollar uzanıb, yoxsa mən könüldən uzaqdayam?
Bir özün söylə, axı niyə belə sınaqdayam?
Yanağımdan yenə yaş süzülür
Kefimə incilər düzülür
Tükəndi dağ səbrim, ömür gödək
Həsrətindən ürəyim üzülür
Sənsiz tənhayam, ömrün gülşəni saralmazmı?

Payız ötüşür, qış gəlsə, yolu qar almazmı?
Gəl, gözlərin qurbanı
Şadlanıb gülmərəm, gəlməsən sən
Dərdimi bölmərəm, gəlməsən sən
Fələyə can vermərəm, gəlməsən
Dönmərəm, ölmərəm, gəlməsən sən
Şadlanıb gülmərəm, gəlməsən sən
Dərdimi bölmərəm, gəlməsən sən
Fələyə can vermərəm, gəlməsən
Dönmərəm, ölmərəm, gəlməsən sən

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar