Kishore Kumar Hits

Ali Altay - Yalnızım Ben şarkı sözleri

Sanatçı: Ali Altay

albüm: Mecburiyet Caddesi


Uuu eee aaa
Yəqin dünya olsaydın, mən sənin üçün günəş olardım
Həmişə səni isidərdim, yaxın olardım yanında qalardım
Yəqin sən səhra olsaydın, məndə su olardım
Hər şey verərdim sənə doğma olmaq, yaşatmaq üçün
Özün də anlamırsan, səni sevmək necə gözəl hisdir
Əllərin buz kimi idi, amma gözlərinin içi çox isti
Yəqin sən sirr olsaydın, mənim üçün olardın gizli
Cavabı tapmaq arzuları, suallar bir də biz
Yadındadır sənə aldığım həmin o bəyaz güllər
Yadımdadır valideynlərə görə görüşə bilmədiyimiz günlər
Özümə borc bilirdim qoruyum səni hər şeydən
And içmişdim ki, xatırlayacam səni hər şeir də
Sən bilmirsən nədir göz görə görə səni itirmək
Heç nəyi dəyişməyə güc çatmırsa, acizsənsə
Və ayrılıq məktubunun sonunda nöqtə qoymaq
Inan ki, dönmək olmur, əgər qərarı vermisənsə
Bakı uzaqdan görsənir, yanan işıqlar, magistrallar
Inan ki, çox çətindir uzaqda olub sənin üçün darıxmaq
Gülüm dözmək olmur, lazımdır uzaqlaşmaq
Bir çanta, sənin gülüşün, bir də yorğun baxışlar
Soyuq döşəmədə xırda addımlar
Unut demə qalacaqsan əbədi yadımda
Qoy qalsın Bakıda doğmalar və yaxınlar
Əlini ver, gəl gedək, qal yanımda
Sətirlərə hopub, xatirələrin dadı
Unuda bilmirəm, Payız ətirli qadın
Məndən geriyə nə qalacaq?, sətirlər
Sənin rəsmini çəkirəm sözlərlə
Uuu eee aaaa

Поcмотреть все песни артиста

Sanatçının diğer albümleri

Benzer Sanatçılar