Günəş çıxanda şəhərin səsi Gecədən xatirə boş içki şüşəsi Pəncərədən otağa külək əsir Küçədə insanlar harasa tələsir Mən durdum yataqdan Xəbər yox dostlardan Evdə tək qalmaqdan Bezdim Boş-boş oturmaqdan Xəyallar qurmaqdan Yerimdə durmaqdan Bezdim Gedirəm uzağa Yeni bir marağa Xəyallar gözəldir Gözəldir bu dünyada Gedirəm uzağa Yeni bir marağa Xəyallar gözəldir Gözəldir bu dünyada Ayağımı basdım isti quma Dənizin ətri çox doğma Günəş qucaq açdı ruhuma Uşaqlığım düşür yadıma Sanki qanadlanıb uçuram Çünki burada azadam Azadam! Gedirəm uzağa Yeni bir marağa Xəyallar gözəldir Gözəldir bu dünyada Gedirəm mən uzağa Yeni bir marağa Xəyallar gözəldir Gözəldir bu dünyada ♪ Azadam!